Sarkisyan fakt qarşısında...
16.12.2016 [10:11]
Ermənistan vətəndaşlarının mövcud rejimə qarşı etiraz aksiyaları səngimir, erməni lobbisi isə Sarkisyan hakimiyyətinə təzyiqlərini davam etdirir
Ermənistanda ictimai-siyasi kataklizmlər artıq hökumət böhranına transfer olunub. Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların etirazına səbəb olmaqla yanaşı, siyasi xaos və qarşıdurmaya rəvac verir. Erməni KİV-i yazır ki, iqtisadi sahədə müşahidə edilən tənəzzül daha da dərinləşib və bu, növbəti siyasi böhrana yol aça bilər. Son zamanlar keçirilən etiraz aksiyaları Sarkisyan hakimiyyətinə ciddi mesajlar verib. Hakimiyyət siyasi və iqtisadi tənəzzülün nəticələrini aradan qaldırmaq gücündə olmadığı üçün yenə də güc tətbiqinə istinad etsə də, növbəti siyasi böhranın uzaqda olmadığını təxmin etmək çətin deyil.
Yeri gəlmişkən, Ermənistanda ölkənin strateji müəssisələrindən olan “Nairit” kimya zavodunun işsiz qalan əməkdaşları yenidən etiraz aksiyası keçiriblər. Müəssisənin müflisləşməsi xəbəri işçilərin narahatlığına səbəb olub. Zavodun 260-a yaxın əməkdaşı 4 aydır ala bilmədikləri əmək haqlarını tələb edir. “Onlar bizi taleyin ümidinə buraxıblar. 4 aydır evimizə çörək pulu apara bilmirik. Əvvəl ixtisar etdikləri əməkdaşlara isə 2 ilə yaxındır alacaqlarını vermirlər. İndi də deyirlər, zavod müflis olub. Bəs bizim taleyimiz necə olacaq?” - deyə zavod əməkdaşları bildiriblər. Daha sonra əraziyə cəlb olunan polis qüvvələri ilə qarşıdurma olub.
Bundan başqa, “Tert.am” yazır ki, Sarkisyan hakimiyyəti ilə erməni diasporu arasında mövcud olan ziddiyyətlər artmaqdadır. Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırkı hərbi xuntanı tənqid və qınaq atəşinə tutmaqdadır. Bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizənin müşahidə olunmasıdır. Belə ki, Fransa, Livan və ABŞ-dakı erməni lobbisi, demək olar ki, davamlı olaraq Sarkisyan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, lobbinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən mesajlar verməkdədir. Bundan savayı, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb.
“Armenian Today” isə yazır ki, erməni diasporu hazırkı rejimin ölkəni sürətlə fəlakətə sürüklədiyini bəyan edib. Diaspor prezident başda olmaqla yeni yaradılan hökuməti də istefaya səsləyib. “Ermənistanda ədalət” Təşəbbüs Qrupunun üzvləri hakimiyyətin ünvanına sərt ittihamlar səsləndiriblər. Kinorejissor və ssenarist Erik Nazaryan hökumətin görməli olduğu işi diasporun yerinə yetirdiyini bildirib. Xaricdə yaşayan ermənilər mütəmadi olaraq ölkəyə külli miqdarda pul vəsaiti göndərirlər ki, kasıb əhalinin güzəranı yaxşılaşdırılsın. Amma illərdir bunun əksi müşahidə olunur. Pullar hökumət tərəfindən mənimsənilir. Amerikadakı ermənilər yeni çağırış ünvanlayıblar. Onlar hər kəsi hökumətlə mübarizə aparmağa çağırıblar. Video-konfransda xaricdə yaşayan ermənilər Ermənistanı talayan hökuməti istefaya səsləyiblər.
Bütövlükdə, Ermənistan çox ciddi siyasi, iqtisadi kataklizmlərlə qarşı-qarşıyadır. İşğalçı ölkədə dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu dərinləşdirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların etirazına, xaos və qarşıdurmaya rəvac verir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Eyni zamanda, hakimiyyət repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir ki, bu da siyasi kataklizmləri şərtləndirir. Bir sözlə, Ermənistanda total böhran yaşanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

