Serj Sarkisyan gələn il keçiriləcək parlament seçkilərini də saxtalaşdırmağa hazırlaşır
03.03.2016 [10:02]
Ekspert: Müxalifət Serj Sarkisyanın yeni “seçki oyunu” qarşısında birlik nümayiş etdirərsə, ölkədə ciddi dəyişikliklər etmək mümkündür
Ötən il Ermənistan cəmiyyəti üçün nisbətən sakit keçsə də, bunu 2016-cı il üçün söyləmək bir qədər çətindir. Yerli analitiklərin fikrincə, yaxın vaxtlarda hakimiyyətdən narazı insanların yenidən etiraz nümayişlərinə başlamaları istisna edilmir. Bunun üçün yetərli səbəblər də var. Bunların sırasında Sarkisyan hakimiyyətinin cəmiyyətə sırımaq istədiyi yeni Seçki Məcəlləsi öndə gedir.
Belə ki, Ermənistanın parlamenti Serj Sarkisyanın təşəbbüsü və diktəsi ilə hazırlanmış yeni Seçki Məcəlləsinin müzakirəsinə başlayır. “tert.am” saytının yazdığına görə, ictimaiyyətdən indiyədək gizli saxlanılan sənəd yalnız bu gün ilk dəfə olaraq deputatların müzakirəsinə təqdim olunacaq. Doğrudur, qanun layihəsinin müddəaları ötən həftədən etibarən ekspert rəyi almaq üçün göndərildiyi Avropa Şurası Venesiya Komissiyasının saytında yerləşdirilsə də, ermənilər bunu yetərli hesab etmirlər.
“Azad demokratlar” partiyasının sədr müavini Anuş Serdekyan sayta müsahibəsində bu məsələdə müxalifətin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. “İdeoloji baxışları müxtəlif olsa da, seçki məsələsi kimi ciddi bir məsələdə ölkə müxalifəti mütləq birləşməlidir. Biz gərək Seçki Məcəlləsini elə mükəmməl hazırlayaq ki, hakimiyyət üçün seçkiləri saxtalaşdırmağa “əl yeri” qalmasın. İlk növbədə, hakimiyyətdən seçici siyahılarının deyil, səsvermədə iştirak etmiş şəxslərin siyahısının ictimailəşdirilməsini tələb etməliyik. Bundan əlavə, seçki məntəqələrində veb-kameraların quraşdırılması da çox ciddi bir məsələdir”, - deyə partiya rəsmisi ötən gün keçirdiyi mətbuat konfransında vurğulayıb. “Müxalifət ölkədə yaranmış siyasi vəziyyəti düzgün qiymətləndirməli və bunu ictimaiyyətə doğru şəkildə anlatmalıdır. Yalan vədlər verməklə hakimiyyətin güc strukturlarının qarşısında duruş gətirmək mümkünsüzdür, yenə də istədikləri şəkildə seçkiləri saxtalaşdıracaqlar”, -deyə Anuş Serdekyan bildirib. Onun sözlərinə görə, hakimiyyətin qanun layihəsini belə gec ictimaiyyət üçün açıq etməsinin öz səbəbləri və marağı vardır. “Qanun layihəsi iyunun 1-dək parlamentdə müzakirə olunaraq təsdiqlənməlidir. Göründüyü kimi, belə ciddi bir sənədin müzakirəsi üçün çox az bir vaxt ayrılıb. Odur ki, burada müxalifətin üzərinə böyük məsuliyyət düşür”, - deyə o vurğulayıb.
Ermənistan parlamentinin üzvü Edmon Marukyan isə saytın əməkdaşı ilə müsahibəsində seçki pozuntularına görə qanunların sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. “İndiyədək Ermənistanda keçirilən bütün seçkilər, o cümlədən ötən ilin dekabrında keçirilən referendumun nəticələri belə saxtalaşdırılıb. Bir şəxsin bir neçə seçki məntəqəsində səsvermədə iştirak etməsinə dair əlimizdə kifayət qədər faktlar var. Cinayət Məcəlləsinin 153-cü maddəsi belə şəxslərə qarşı 500-600 min dram məbləğində cərimələri nəzərdə tutur (təqribən 1000 ABŞ dolları). Bu sanksiya heç də törədilmiş cinayətlə adekvat səslənmir. Hesab edirik ki, seçki qanunu daha da sərtləşdirilməli və qanunu pozan şəxslər ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməlidirlər”, - deyə deputat vurğulayıb.
“Erməni xalqı bilməlidir ki, bundan sonra parlament seçkiləri ölkədə ən vacib seçkilər hesab olunacaq. Çünki ölkədə idarəetmə sistemi tamamilə dəyişib. Bundan sonra hakimiyyət baş nazirin əlində cəmləşəcək, onu isə parlament üzvləri seçəcəklər. Odur ki, xalq 2017-ci ildə keçiriləcək parlament seçkilərində öz məsuliyyətini dərk etməli və doğru qərar verməlidir”. Bu fikri politoloq Aleksandr İskəndəryan martın 2-də keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, hakim Respublika Partiyası rəhbərliyinin özünü çox rahat hiss etməsinin səbəbi heç də o deyil ki, onlar ölkədəki bütün siyasi mühiti öz təsir dairəsinə ala biliblər. Bunun səbəbi odur ki, bu gün hakimiyyətin qarşısına çıxa biləcək layiqli alternativ qüvvə yoxdur. “Odur ki, müxalifət partiyaları, demokratik düşüncəli insanlar belə çətin və ölkə üçün məsuliyyətli bir məqamda öz səylərini birləşdirməlidirlər. Müxalifət partiyaları Serj Sarkisyanın “seçki oyunları”nın qarşısında birlik nümayiş etdirməsə, ölkədə ciddi dəyişikliklər etmək mümkün olmayacaq. Ermənistan yuvarlandığı bataqlıqdan hələ uzun illər xilas ola bilməyəcək”, - deyə politoloq vurğulayıb.
Xatırladaq ki, yeni Seçki Məcəlləsi ölkədə qismən elektron seçki sisteminə keçidi, eləcə də seçkilərdə iştirak edən namizədlərin qeydiyyatının elektron qaydada aparılmasını nəzərdə tutur. Yerli analitiklərin fikrincə, bu, Serj Sarkisyanın gələcək hakimiyyətinin möhkəmləndirilməsinə yönəlmiş növbəti bir addımdır. Belə ki, bundan əvvəl, ötən il dekabrın 6-da saxta referendum keçirməklə Ermənistan prezidenti ölkənin konstitusiya quruluşunu ciddi şəkildə dəyişməyə müvəffəq olub. Artıq Ermənistan prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublika Partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır.
Gələn il keçiriləcək parlament seçkilərinə hesablanmış yeni Seçki Məcəlləsinin qəbul edilməsi də məhz bu məqsədə xidmət edir. Ekspertlərin fikrincə, hakimiyyət üçün arzuedilməz şəxslər parlament seçkilərinə buraxılmayacaqlar, onların qarşısı elə elektron qeydiyyat mərhələsində alınacaq. “Elektron süzgəc” bu işdə hakimiyyətin karına gələcək. Apelyasiya müraciətlərinin elektron qaydada aparılması həm şikayətçilərin hakimiyyət nümayəndələri ilə birbaşa təmaslarını əngəlləyəcək, həm də müraciətlərə operativ şəkildə baxılmasının müddətini uzatmış olacaq. Bir sözlə, hakimiyyət nümayəndələri deputatlığa namizədlər üçün əlçatmaz olacaqlar. Beləliklə də parlament seçkilərinin hakimiyyətin xeyrinə saxtalaşdırılmasında maneələr aradan qalxmış olacaq.
Serj Sarkisyanın bütün bu planlarının nə dərəcədə reallaşacağını isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26

