Ermənistan yeni siyasi xaosa doğru...
01.03.2016 [09:36]
Sarkisyan hakimiyyətinin repressiv siyasətinə etiraz əlaməti olaraq işğalçı ölkədə etiraz aksiyaları davam edir
Ermənistanın işğalçı, təcavüzkar siyasət nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirib. Sirr deyil ki, heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
Şübhəsiz, işğalçı ölkədə sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu dərinləşdirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla bərabər, xaos və qarşıdurmaya rəvac verir. “Armenia Today” saytı yazır ki, hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır.
Eyni zamanda, hakimiyyət repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir. Erməni KİV-in məlumatına görə, hakimiyyətin yanlış siyasətinə etiraz əlaməti olaraq bu ölkədə aksiyalar davam edir. Yeri gəlmişkən, bir neçə gün əvvəl “Yeni Ermənistan” vətəndaş hərəkatının üzvləri İrəvanda aksiya keçiriblər. Bir qrup gənc prezident iqamətgahı qarşısında toplaşaraq hökumətdən siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Polis aksiyaya müdaxilə edib, fəallar zor gücünə ərazidən uzaqlaşdırılıb, saxlanılanlar var. “Yeni Ermənistan” vətəndaş hərəkatı son insidentlə bağlı bəyanat da yayıb. Bildirilib ki, hərəkatın yanvarın 1-də həbs olunan üzvü Gevorq Safaryan və daha üç fəal dərhal azadlığa buraxılmalıdır. “Yeni Ermənistan” vətəndaş hərəkatı siyasi məhbuslarla bağlı beynəlxalq məhkəmələrə də müraciət hazırlayıb. Müraciətdə bildirilir ki, hakimiyyət dairələrinin cinayətləri artıq fəalları təngə gətirib. Diqqətə çatdırılıb ki, talançılıq, mövcud resursların istismarı, korrupsiya, rüşvətxorluq, vətəndaş haqları və azadlıqlarının kobud şəkildə pozulması Ermənistanda vəziyyəti günbəgün ağırlaşdırır.
Bununla yanaşı bir neçə gündür ki, Ermənistanın KİV nümayəndələri parlament binası qarşısında toplaşırlar. Onlar deputat Mher Sedrakyanın cəzalandırılmasını tələb edirlər. Buna səbəb parlament təmsilçisinin jurnalistləri təhqir etməsidir. Aksiya iştirakçılarına deputatlardan Aram Manukyan, Nikol Paşinyan, Zarui Postancyan da qoşulub. Sedrakyanın qanunverici orqandan uzaqlaşdırılması və cəzalandırılması üçün imza toplanıb. Nikol Paşinyan bildirib ki, bu, Ermənistanda KİV nümayəndələrinə qarşı ilk kobudluq deyil. Qeyd edilib ki, ölkədə ümumiyyətlə jurnalistlərin fəaliyyəti məhdudlaşdırılıb. Onların mütəmadi olaraq hökumət təmsilçilərinin təhqir və təzyiqlərinə məruz qalmaları vəziyyəti daha da gərginləşdirir. Ermənistan hakimiyyəti söz azadlığının təmin edilməsi üzrə Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Vurğulanıb ki, hökumətin bu sahədə yol verdiyi nöqsanlar qurumun qətnamələrində də dəfələrlə qeyd edilib. Ermənistanda söz azadlığını məhdudlaşdıran qanunun qəbul edilməsi isə jurnalistlərin narahatlığını artırıb. Aksiya iştirakçıları hazırda həbsdə olan həmkarlarının da azadlığa buraxılmasını tələb edirlər.
Bir sözlə, Ermənistan növbəti siyasi xaosa sürüklənməkdədir. Ekspertlər işğalçı ölkəyə rəhbərlik edən Sarkisyan hakimiyyətinin olduqca mürəkkəb situasiya qarşısında olduğunu qeyd edirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

