Ermənistanın xarici borcu 5 milyard dolları ötüb
17.02.2016 [09:55]
İqtisadi tənəzzül dövrünü yaşayan işğalçı ölkənin iri müəssisələrindən hər ay min nəfər işdən çıxarılır
Serj Sarkisyan hakimiyyətinin yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma doğru sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi işğalçı ölkənin vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının 5 milyard ABŞ dollarını aşması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Odur ki, müstəqil iqtisadçılar həyəcan təbili çalaraq, Ermənistan hakimiyyətini ölkəni düçar etdikləri bu acınacaqlı vəziyyətdən xilas etməyə çağırırlar.
Bütün bunların fonunda isə fevralın 12-də hakimiyyət təmsilçilərini, hüquq-mühafizə və bələdiyyə rəhbərlərini başına toplayan Serj Sarkisyan növbəti dəfə xalqın gözünə kül üfürməyə cəhd edib. “Lragir. am” saytının yazdığına görə, Serj Sarkisyan müşavirədəki çıxışında Ermənistanı gələcəkdə azad və demokratik, cəmiyyətin bütün üzvlərinin hüquq bərabərliyinin mövcud olduğu, hamının qanunların aliliyinə hörmətlə yanaşdığı, korrupsiya və rüşvətxorluğun mövcud olmadığı, dövlət vəzifələrində yalnız istedadlı insanların çalışdığı bir ölkə kimi görmək istədiyini bildirib. Saytın yazdığına görə, hazırda Ermənistandakı mənzərə bunun tam tərsidir. Belə ki, hakimiyyət bir qrup şəxs tərəfindən zəbt edilib. Qanunların aliliyinə hörmət edilmir və istədikləri vaxt ölkənin ən ali qanununu belə hakimiyyətin xeyrinə dəyişirlər. Azad və demokratik, ədalətli seçki sistemi tam iflasa uğrayıb. Ölkədə miqrasiya axını son illərdə ən yüksək həddə çatıb. İşsizlik ordusu durmadan yüksəlir və o həddə çatıb ki, iri müəssisələr belə bağlanmaqdadır. Hər ay minədək insan öz iş yerlərini itirir. Korrupsiya və rüşvətxorluq halları ilə hər addımda qarşılaşırsan. Mövcud qanunlar ölkə ərazisində, demək olar ki, işləmir. Məmur özbaşınalığı baş alıb gedir. Səriştəsiz insanların hakimiyyətdə təmsil olunması, onların vətəndaşlarla kobud rəftarı, dövlət orqanlarına edilən şikayətlərin qulaq ardına vurulması sadə vətəndaşları hiddətləndirməkdədir.
Amma bütün bunlara baxmayaraq, ötən ilin sonunda saxta referendum keçirməklə öz gələcək hakimiyyətini təmin etmiş Serj Sarkisyan kreslosunda özünü daha rahat hiss etdiyindən islahatlara heç də tələsmir. “İnqilab həvəsində olanları məyus etməliyəm. Çünki biz islahata hələ tələsmirik.Yeni idarəetmə sisteminə keçid, eləcə də siyasi sahədə islahatlara başlamaq üçün tələskənlik heç də yaxşı nəticə verməyə bilər. Odur ki, biz islahata birdən deyil, mərhələli şəkildə, özü də yavaş-yavaş başlayacağıq”, - bunu da Serj Sarkisyan sözügedən müşavirədə vurğulayıb.
Yerli ekspertlərin fikrincə, hazırda Ermənistanda elə bir böhranlı vəziyyət yaranıb ki, Serj Sarkisyanın mövcud vəziyyəti dəyişmək üçün atdığı hər hansı bir addım inqilabla nəticələnə bilər. Məsələn, əgər ölkədə biznes sahəsində bərabərhüquqlu şərait yaratmaq üçün korrupsiyanın qarşısı alınarsa, bu, yüz faiz inqilabla nəticələnməlidir. Başqa sözlə, işğalçı ölkədə mövcud sistem dəyişməli, biznes onu faktiki idarə edən klanların əlindən alınmalıdır. Yaxud başqa bir misal. Əgər Ermənistanda ədalət bərpa olunarsa, istedadlı insanlar dövlət vəzifələrində çalışmağa başlayacaqlar. Bu isə o deməkdir ki, hazırkı hakimiyyətdə təmsil olunanların yaxın qohumları və tanışları öz vəzifələrini itirməlidirlər. Halbuki hazırda Ermənistan hakimiyyətində “oturuşmuş” bir sistem mövcuddur - “nəsillərin dəyişməsi” prosesi ölkədə irsidir və o atadan oğula ötürülür. Ən acınacaqlısı isə odur ki, “oğullar” “atalar”ından daha aqressivdirlər və vəzifə hərisliyi onlarda daha çoxdur.
Odur ki, yerli ekspertlər Ermənistanda təkamül yolu ilə inkişafı qeyri-mümkün hesab edirlər. Çünki son iyirmi ilin “təkamül inkişafı” Ermənistanda hakimiyyətin öz mövqelərini daha da möhkəmləndirməsi ilə nəticələnib. Əvəzində isə cəmiyyət sosial və psixoloji böhran içərisində yaşamağa məhkum edilib. Hakimiyyəti zəbt etmiş “elitar” təbəqəni isə nə xalqın rifahı, nə mənəvi dəyərlərin qorunması, nə də ki hər hansı başqa məsələlər düşündürür. Səriştəli, bacarıqlı, müasir düşüncəli insanlar totalitar rejimin məngənəsində yaşamaqdansa, ölkəni tərk etməyi üstün tuturlar.
Saytın yazdığına görə, Ermənistan cəmiyyəti hazırda sıxılmış yaya bənzəyir. Və bu yay artıq son həddədək sıxılıb. Bundan o yana isə, fizika qanunlarına əsasən, yayın öz inersiya qüvvəsi hərəkətə başlamalıdır. Ölkədə köklü dəyişikliklərə səbəb ola biləcək bu qüvvə işə düşərsə, qabağına keçən hər şeyi süpürüb aparacaq - nə Serj Sarkisyanın mərhələli islahatlar paketini gözləyəcək, nə də ki onun keçid hökumət qurub yenidən hakimiyyətin ən yuxarı pilləsində zühur etməsini.
Yerli analitiklərin bu proqnozlarının nə dərəcədə özünü doğruldacağını isə artıq zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50

