Türkiyənin iki cəbhədə savaşı: PKK və İŞİD terroru niyə səngimir?
13.08.2015 [10:05]
Bəlli olduğu kimi, Türkiyə son günlərdə ona qarşı savaş açmış İŞİD və PKK terrorçuları ilə mübarizə fonunda dünya gündəminə gəlir. Xatırladaq ki, iyulun 20-də Şanlıurfanın Suruç əyalətində Suriya kürdlərinə dəstək aksiyası keçirən Sosialist Gənclik Dərnəkləri Federasiyasının onlarla üzvünün ölümü ilə nəticələnən terror aksiyasının İŞİD üzvü tərəfindən törədilməsi məlum olduqdan sonra PKK “İŞİD-lə əməkdaşlıqda” ittiham etdiyi türkiyəli polis və hərbçilərə qarşı terror aktlarına başladı. Bunun ardınca Türkiyə hökumətinin İraq və Suriya ərazilərindəki İŞİD və PKK obyektlərini hədəf alan hərbi əməliyyatlara başlamasından PKK bu ölkəyə müharibə elan etmək üçün bəhanə kimi yararlandı. Bununla da, “çözüm” prosesi nəticəsində 2009-cu ildən bəri davam edən nisbi sakitlik pozuldu.
Terror hücumlarının daxili siyasi proseslərə təsiri
İŞİD ilə PKK-nın bir-birinə düşmən olduğu, bu iki terrorçu təşkilatın İraq və Suriyada bir-birilə savaşdığı məlumdur. Bu mübarizənin qığılcımlarının Türkiyə ərazisinə də yayılması PKK tərəfindən bu ölkədə sabitliyi pozmaq, qan axıtmaq üçün bəhanə kimi dəyərləndirildi. Terror hücumlarının genişləndiyi bir vaxtda Türkiyə İncirlikdəki hərbi hava bazasından ABŞ-ın istifadəsinə icazə verdi. Bununla belə, ABŞ bazadan yalnız İŞİD-ə qarşı əməliyyatlar üçün yararlanır.
Terror hücumlarının Türkiyədə gedən siyasi proseslərə təsiri də gözləniləndir. Bu proseslər Türkiyə üçün həssas bir dövrdə - 7 iyun parlament seçkilərindən sonra koalisiya hökumətinin formalaşdırılmağa çalışıldığı bir vaxtda baş qaldırdı. Koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnəcəyi təqdirdə erkən parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Növbəti seçkilərdə səslərin paylanmasına Türkiyədəki terror hadisələri və terrorçularla mübarizə siyasətinin nəticələrinin təsir göstərəcəyi ehtimal olunur. Bu səbəbdən də təkbaşına hökumət qurmaq səlahiyyətini itirmiş AKP iqtidarının növbəti seçkilərdə daha çox səs toplamaq üçün terrorçulara qarşı mübarizədə inamlı olduğunu göstərməsi və uğurlu nəticələr əldə etməsi gərəkdir.
PKK terroru Türkiyənin xarici tərəfdaşlarına qarşı
PKK-nın hücumlarının hədəfində əsasən Türkiyə hərbçiləri, polisi, təhlükəsizlik orqanlarına məxsus obyektlər dayansa da, beynəlxalq əhəmiyyətli enerji kəmərlərinin də son zamanlar hücumlara məruz qaldığı təsdiqini tapıb. Bir müddət əvvəl Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində törədilən partlayış təkcə bu ölkəyə qarşı deyil, layihənin qlobal iştirakçılarına yönəldilən hücum kimi də qiymətləndirilir (bax: Türkiyənin hədəf seçilməsi hansı qüvvələrin maraqlarına xidmət edir? / “Azərbaycan” qəzeti, 7 avqust 2015). Bu hücum həm qazın hasilatçısı olan Azərbaycan və tranzit ölkə Gürcüstanın, həm də layihədə iştirak edən ölkələrin nəhəng enerji şirkətlərinin mənafelərinə ziddir.
İndiyədək PKK terror təşkilatı İran-Türkiyə təbii qaz boru kəməri, Kərkük-Yumurtalık neft kəmərinə də təşkil etdiyi hücumlarla ölkədə təhlükəsizlik durumunun etibarsız olduğunu nümayiş etdirməyə, Türkiyənin qonşu dövlətlər içərisindəki nüfuzuna zərbə vurmağa çalışır.
Türkiyə “anti-İŞİD koalisiyası”nın tənha üzvünə çevrilə bilərmi?
Başqa bir tərəfdən, Türkiyə tərəfi artıq Suriyadan gələn qaçqınların sayının artmasından narahatlığını da gizlətmir. Rəsmi Ankaranın məqsədlərindən biri də Suriyanın şimalında, İŞİD-dən təmizlənəcək ərazilərdə “təhlükəsizlik zonası”nın yaradılması və qaçqınların bölgəyə köçürülməsidir.
Ekspertlər Türkiyənin hərbi əməliyyatlara başlamasını “İŞİD-ə qarşı mübarizə koalisiyasında çatışmayan zəncir”in öz yerini tapması kimi qiymətləndirirlər. Türkiyənin İŞİD-ə qarşı mübarizəsi problemin aradan qaldırılmasında həlledici amil ola bilər. Bununla belə, Türkiyənin başlıca hədəfinin İŞİD deyil, PKK terrorçuları olması vəziyyəti dəyişə bilər. Hesab olunur ki, Türkiyə Suriya ilə sərhədi bağlamaqla İŞİD-i əsas hərbi, maliyyə və lojistik dəstək mənbələrindən məhrum edə bilər (bax: Turüiə: nedostaöhee zveno? / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 27 iyul 2015).
İstənilən halda, Türkiyə artıq terrorizmlə mübarizəni daha aktiv fazada davam etdirmək qərarını verib. Belə olan təqdirdə, Türkiyənin üzvü olduğu NATO ölkələrinin, xüsusən də ABŞ-ın bu mübarizədə rəsmi Ankaraya nə dərəcədə yardım göstərəcəyi maraq doğurur. Bəllidir ki, son zamanlar ABŞ bölgədəki proseslərə birbaşa hərbi müdaxilə məsələsində bir qədər tərəddüd və çəkingənlik nümayiş etdirir. Bununla belə, rəsmi Vaşinqton Türkiyənin Suriya və İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlarını təqdir etdiyini bildirir. İncirlikdəki hərbi bazadan istifadəyə icazənin verilməsi ABŞ-ın İŞİD-lə mübarizədə fəallığını artırmasına şəraitin yaranması deməkdir.
İŞİD-in məğlub edilməsində İran və Rusiya da maraqlı olduqlarını nümayiş etdirirlər. Lakin mövcud Qərb-Rusiya qarşıdurması və Türkiyənin ABŞ-a bağlılığının daha möhkəm olması terrorizmlə mübarizədə bu ölkələrin rəsmi Ankara ilə sıx əməkdaşlığına imkan vermir.
Bəzi ekspertlər ABŞ-ın Yaxın Şərqdə apardığı digər müharibələrin nəticələrini, eləcə də, İŞİD və bənzər terrorçu təşkilatların Türkiyədəki üzvlərinin sayı və nüfuzunun qeyri-müəyyənliyini və Türkiyənin bölgədəki terrorçu qruplarla mübarizədə təkbaşına qalma təhlükəsini əsas gətirərək ölkənin Suriyada hərbi əməliyyatlar aparmasının xeyli riskli olduğunu əsaslandırırlar (bax: Sınır Hattında Tehlikeli Süreç / “Uluslararası Stratejik Araştırmalar Kurumu”, 20 iyul 2015).
Qərbin Suriyadakı müharibə ilə bağlı sərgilədiyi mövqeyini Türkiyə üçün daha da təhlükəli edən məqam İŞİD-lə mübarizədə əsasən PKK-nın bölgədəki hərbi qoluna etibar etməsi və onu silahlandırmasıdır. Bu silahlandırmanın nəticəsində PKK-nın əvvəlki illərlə müqayisədə ağır silahlarla təchizatının yüksəldiyi və terrorçu təşkilatın daha da gücləndiyi güman edilir. ABŞ-la Türkiyənin PKK-ya münasibətindəki bu ziddiyyət son nəticədə İŞİD-in tamamilə məğlub ediləcəyi təqdirdə belə, Türkiyənin əvvəlkindən də böyük terror problemi ilə üzləşəcəyini deməyə əsas verir. Bu problem təkcə Türkiyənin deyil, Suriya və İraq da daxil olmaqla region ölkələrinin təhlükəsizliyinə hədə törədir.
Bir sıra ekspertlər isə bölgənin demoqrafik mənzərəsində ərəblərin aparıcı ünsür olduğunu əsas gətirərək İŞİD üzərində qəti qələbənin qazanılması üçün ərəblərin dəstəyinin vacib olduğunu düşünürlər (bax: Obama’nın IŞİD’e Karşı Güncellenen Stratejisi: Kürtlerle Partnerlik Güçleniyor / “Uluslararası Stratejik Araştırmalar Kurumu”, 14 iyul 2015).
Bundan əlavə, İŞİD-in törətdiyi terror aktlarının arealına Türkiyəni də qatması, PKK-nın isə hökumətlə aparılan dialoqa baxmayaraq, silsilə terror hücumlarının yeni mərhələsinə başlaması proseslərin vahid mərkəzdən idarə olunması təəssüratını yaradır. Üstəlik, Türkiyədə koalisiya hökumətinin formalaşmasının gecikməsi fonunda hökm sürən daxili siyasi qeyri-müəyyənlik də ölkədə xaosun yaradılması üçün əlverişli fürsət axtaranların diqqətini cəlb etmiş ola bilər. Yaranmış vəziyyət Yaxın Şərq və Şimali Afrika regionunda qüvvələr balansını və siyasi mənzərəni dəyişməkdə olan Qərbin “Böyük Yaxın Şərq layihəsi”nin mümkün neqativ təsirlərindən Türkiyənin özünü qorumasını zərurətə çevirir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

