Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada etiraz aksiyasının miqyası genişlənir

Fransada etiraz aksiyasının miqyası genişlənir

10.04.2015 [09:54]

“Reuters” xəbər verir ki, Avropada kütləvi etiraz aksiyaları davam edir. Əhalinin sosial rifah halı ilə əlaqədar olaraq ortaya çıxan narazılıq halları özünü müxtəlif nümayişlər və etiraz aksiyalarında göstərməkdədir. Mənbənin məlumatına görə, Fransada aviaşirkət işçiləri də etiraz aksiyası keçirirlər. Onlar kütləvi tətilə başlayaraq hökumətin müvafiq tədbirlər görməsini tələb edirlər.
Mənbə qeyd edir ki, Fransanın “Air France” aviaşirkətinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə tətil elan ediblər. Aksiya iştirakçıları iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılması tələbini irəli sürüblər. Onlar, həmçinin təqaüd yaşının artırılmasına qarşı etirazlarını bildiriblər. Tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etirazçılar tətili uzun müddət davam etdirəcəklərini açıqlayıblar.
“Euronews” isə xəbər verir ki, tətil səbəbindən aviareyslərin 40 faizi ləğv olunub. Müvafiq qurumlar ümumilikdə 300-dən çox uçuşun təxirə salındığını və minlərlə sərnişinin hava limanlarında qaldığını diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 1180 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31