Ermənistanda sosial gərginlik daxili qarşıdurmalarla müşayiət olunur
08.04.2015 [09:33]
Övladları işğal olunmuş Azərbaycan ərazilərində həlak olmuş əsgər anaları etiraz aksiyalarını davam etdirirlər
Ermənistanda mövcud olan ictimai-siyasi kataklizmlər daha da güclənir. Ermənistan mətbuatı işğalçı ölkədə gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Qeyd edək ki, narazılıq və ziddiyyətlər daha çox qarşıdurma və aksiyalarla müşahidə edilir. Etiraz aksiyalarının səbəblərindən biri kimi Ermənistan ordusunda baş verən qanunsuzluqlar və çoxsaylı əsgər ölümləridir. Artıq bir müddətdir ki, övladları işğal olunmuş Azərbaycan ərazilərində həlak olmuş bir qrup əsgər anası Ermənistan prezidentinin administrasiyası qarşısında fasiləsiz etiraz aksiyası keçirir, konkret tələblərlə çıxış edirlər. Əsas tələb qismində isə övladlarının həlak olması ilə bağlı cinayət işinin başlanmasıdır. Ekspertlər isə diqqətə çatdırırlar ki, Ermənistan ordusunda intihar, qətl, “dedovşina” və bu kimi saysız-hesabsız qanunsuzluqlar adi hala çevrilib. Zaman keçdikcə belə hallar nəinki azalmır, əksinə, daha da genişlənərək ordunun bütün pillələrində ən təsirli qüvvəyə çevrilib. Belə ki, yüksək rütbəli hərbçilərin əsgərlərlə qəddar davranması, zabitlərin əsgərlərin məvacibini əlindən alması, hərbçilərin normal qida və tibbi təminatdan məhrum olması, özbaşınalıq və digər amillərin təsiri altında psixoloji və fiziki təzyiqlərə dözməyən erməni əsgərlər arasında fərarilik, hərbçilərin güllələnməsi, intihar hadisələri mütəmadi hala çevrilib. Bu səbəbdən işğalçı ölkə ordusundakı neqativ insidentlərlə bağlı mütəmadi olaraq yayılan xəbərlər heç də təəccüb doğurmur. Bunlarla yanaşı, mütəmadi olaraq təxribatlar törədən təcavüzkar ölkənin ordusunda işğal edilmiş Azərbaycan ərazilərində çoxsaylı əsgər itkisi cəmiyyətdə ciddi narazılıq yaradır. İşğalçı ölkə rəhbərliyi isə orduda baş verən neqativ halları aradan qaldırmaq əvəzinə, dinc əhaliyə qarşı repressiv metodlardan istifadə edir, bu cür hadisələrin səbəbkarları isə məsuliyyətdən kənarda qalırlar.
Vurğulayaq ki, övladları həlak olmuş şəxslərin iştirakı ilə hökumətə narazılıq və müqavimət əlaməti kimi bir çox təşkilatlar formalaşdırılır, aksiyalar davam etdirilir. Belə qurumlardan biri də bu ilin mart ayında erməni əsgər anaları tərəfindən yaradılmış, ölən hərbi qulluqçuların ölüm səbəblərini araşdıran “Anaların ağrısı” (“Mayreri viştı”) təşkilatıdır. Digər bir sıra təşkilat və təsisatlar da davamlı aksiyalarla bəhs olunan neqativ hallara qarşı etirazlarını ifadə edirlər. Xatırladaq ki, belə aksiyalardan biri də bu yaxınlarda Ermənistanın Gümrü şəhərində keçirilib. “Təsisedici parlament” təşkilatının keçirdiyi mitinqdə Ermənistan hakimiyyətinin ünvanına ciddi ittihamlar səsləndirilib. Sözügedən təşkilatın nümayəndəsi Qaregin Çuqaszyan mövcud hakimiyyətin əleyhinə sərt tənqidi fikirlər səsləndirib.
Yeri gəlmişkən, bütün bunlara paralel olaraq Ermənistanda ictimai-siyasi fəal ovu davam etdirilir. Bu ölkə mətbuatının xəbərinə görə, İrəvanda “Təsis parlamenti” hərəkatının ofisində və qurumun nümayəndələrinin mənzillərində axtarışlar başlayıb, həbs olunanlar var. Erməni KİV-i “Təsis parlamenti” qərargahı yerləşən binaya başda Xüsusi Təhqiqat Xidmətinin (XTX) baş müstəntiqi Roman Sardaryan olmaqla 20-yə yaxın XTX və Milli Təhlükəsizlik Xidməti əməkdaşının gəldiyini açıqlayıb: “Onlar ofisdə axtarış həyata keçirəcəklərini bəyan etsələr də, hadisə yerinə gələn vəkilə order təqdim etməkdən boyun qaçırıblar. Vəkilə və “Təsis parlamenti”nin nümayəndəsinə ofisə daxil olmaq qadağan edilib. Hərəkatın üzvlərinin mənzillərində də axtarışlar başlayıb. Pavel Manukyan və Toros Sefilyan həbs olunublar”.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi sosial siyasi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

