Ermənipərəst senator Robert Menendezə qarşı 14 maddə üzrə rəsmi ittiham irəli sürülüb
03.04.2015 [09:48]
ABŞ Konqresinin Nyu-Cersi ştatından senatoru Robert Menendez aprelin 1-də cinayət məsuliyyətinə cəlb edilib. 61 yaşlı senator korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur. Rəsmi ittiham Menendezin Florida ştatından oftalmoloq Salomon Melgen ilə münasibətlərində onun qanunsuz hərəkətləri iki il araşdırılandan sonra ABŞ Ədliyyə Nazirliyinin qəti addımı olub. R.Menendezin işi ilə bağlı doktor Melgenə də ittiham irəli sürülüb.
Federal Təhqiqatlar Xidmətinin (FTX) bildirdiyinə görə, R.Menendez həkimin qanunla problemlərdən qaçması, habelə onun Dominikan Respublikasında sahibkarlıq fəaliyyətinin və maraqlarının irəliləməsinə kömək etmək üçün öz vəzifə durumundan istifadə edib. Təhqiqat 2013-cü ildə - anonim şəxs senatorun Melgen ilə Dominikan Respublikasına birgə səfərlərindən birində onun qeyri-adekvat hərəkətlərindən şikayət edəndə başlayıb. Davam edən təhqiqat zamanı R.Menendez ilə S.Melgen arasında sıx münasibətlərin olması faktı üzə çıxıb. Bu münasibətlər sayəsində R.Menendez doktor Melgendən müəyyən qədər hədiyyə, seçki kampaniyası və Dominikan Respublikasına şəxsi səfərləri üçün pay şəklində yüz minlərlə dollar alıb.
Təhqiqatın əvvəlində, R.Menendezin xərci Melgen tərəfindən ödənilmiş şəxsi səfərləri ilə bağlı faktlar üzə çıxarılanda, senator iki şəxsi səfərə görə doktora 58.500 dollar ödəyib. O bildirib ki, bu səfərlər maliyyə marağının olmaması haqqında dövlət deklarasiyasında sadə diqqətsizlik üzündən qeyd olunmayıb.
ABŞ-ın federal qanunlarına görə, vəzifəli şəxslər bahalı hədiyyələr ala bilməz, fərdi şəxslərin, xüsusən qanunvericilərin seçki kampaniyasına pay verən və potensial olaraq onlardan cavab xidmətləri gözləyən şəxslərin şəxsi büdcələrindən ödənilən xidmətlərdən istifadə edə bilməzlər. Bütün maliyyə münasibətləri, o cümlədən səfərlərin maliyyələşdirilməsi müvafiq rəsmi deklarasiya və hesabatlarda göstərilməlidir.
Xatırladaq ki, hələ 2012-ci ildə, Robert Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl, o, nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.
Xatırladaq ki, Robert Menendez ABŞ Konqresində erməni kokusunun üzvüdür və ermənipərəst həmkarlarının antiazərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin böyük üzvü kimi erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, Mətyu Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqini dayandırmaq, “Ermənistanın və Dağlıq Qarabağın qanunsuz blokadaya alınması” ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb.
Aprelin 1-də iş gününün sonunda R.Menendez ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin böyük üzvü vəzifəsindən istefa verdiyini elan edib.
Xatırladaq ki, ötən ilin sonunda ABŞ-ın daha bir ermənipərəst konqresmeni Maykl Qrimmə qarşı 20 maddə üzrə, o cümlədən vergi ödəməkdən qəsdən yayınma, fırıldaqçılıq və yalançı şahidlik maddələri üzrə ittiham irəli sürülmüşdü.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32

