İŞİD-lə mübarizə strategiyası: ABŞ problemi qloballaşdırır
23.09.2014 [09:33]
Son aylar Yaxın Şərqdə özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın kütləvi qətliamlar törətməsi dünyanı narahat edir. Terrorçuların Suriya və İraq ərazisinin bir hissəsində “xilafət” yaratması haqqında informasiyaların yayılması vəziyyətin daha ciddi olduğunu təsdiqləyir. Vaşinqton bunları öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Prezident B.Obama həmin təşkilata qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaradır, paralel olaraq, terrorçu qruplaşmanın mövqelərinə hərbi zərbələr endirilir. Terrorla mübarizə aparmaq heç şübhəsiz ki, vacibdir. Lakin məsələyə geniş aspektdə yanaşdıqda, meydana bir sıra suallar çıxır.
“Hər yerdə vurun”: Obamanın əmri
Barak Obama ABŞ-ın Yaxın Şərqdə terrorla mübarizə strategiyasını açıqladı. Amerika terrorçu qruplaşmaya qarşı hərbi və siyasi-diplomatik tədbirləri paralel aparmaq fikrindədir. Prezident terrorla mübarizənin 4 əsas prinsip üzrə həyata keçiriləcəyini bəyan edib. Bunlar aşağıdakılardır: 1) Suriya da daxil olmaqla bu qruplaşmanın döyüşçülərinin mövqelərinə havadan mütəmadi zərbələr endirmək; 2) Suriyada İŞİD-ə qarşı duran müxaliflərə yardım etmək; 3) Bu qruplaşmanın dəstələrinə maliyyə yardımı kanallarının bağlanmasına yönəlmiş addımlar atmaq, Yaxın Şərqə terrorçuların göndərildiyi kanalları bağlamaq; 4) İŞİD-in fəaliyyətindən əziyyət çəkən əhaliyə humanitar yardımı davam etdirmək.
ABŞ prezidenti təkbaşına fəaliyyət göstərməyəcəklərini ayrıca vurğulayıb. Vaşinqton həm Qərb ölkələri, həm də region dövlətlərindən ibarət koalisiya yaratmağı planlaşdırıb. Artıq dövlət katibi Con Kerri Yaxın Şərqə səfər edərək, bir neçə ölkə ilə müzakirələr aparır. B.Obama da diplomatik fəaliyyəti gücləndirəcəyini bəyan edib.
Ümumilikdə, Amerikanın dövlət başçısı bu terrorçu qruplaşma ilə mübarizəyə böyük əhəmiyyət verir. O, problemlə bağlı çıxışında açıq deyib: “Bu, mənim prezidentliyimin təməl prinsipidir: əgər siz Amerikanı təhdid edirsinizsə, heç yerdə sığınacaq tapa bilməzsiniz”. B.Obama terrorçuları hər yerdə təqib edəcəklərini bildirib, onları Suriya və İraqda bombalamaqdan çəkinməyəcəklərini söyləyib.
Vaşinqtonun bu qədər sərt davranması səbəbsiz deyil. Bu qruplaşma Suriya və İraqın müəyyən hissəsinə nəzarət edir. Ona qarşı yerli hökumətlər mübarizə apara bilmirlər. Ən əsası odur ki, terrorçular nəzarət etdiyi yerləri “xilafət” adlandırır və orada şəriət qanunlarını tətbiq edirlər. Deməli, o, müasir dövlət formasının əvəzinə, faktiki olaraq dinə əsaslanan idarəetmə üsulu gətirir.
Şübhəsizdir ki, müasir dövrdə bunun perspektivi yoxdur. Bu, Yaxın Şərqin böyük dövlətlərini də qane etmir. Lakin geniş prizmadan baxdıqda, bir qədər ziddiyyətli mənzərə ilə qarşılaşmış oluruq. Belə ki, bu problemin haradan və kimlər tərəfindən meydana atıldığı müəmmalı qalır. “Əl-Qaidə”nin burada rolu nədən ibarətdir?
Məsələ burasındadır ki, Qərblə yanaşı, Yaxın Şərqin böyük dövlətləri də bu terror qruplaşması ilə savaşmağa hazırdır. C.Kerri Səudiyyə Ərəbistanı, Misir, Livan, İordaniya, İraq, Türkiyə və digər region dövlətləri ilə koalisiya yaratmaqla bağlı müzakirələr aparacağını bildirib. Artıq Ciddədə keçirilən görüşdən sonra, Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı mübarizədə iştirak edəcəyini bildirib. Regionun digər ölkələrinin də analoji qərar qəbul edəcəyi proqnozlaşdırılır.
Maraqlıdır ki, hətta İran İŞİD məsələsində ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib. Tehran Vaşinqtonun atdığı addımları dəstəklədiyini və şiələri qorumaq üçün qəti hərəkət edəcəyini bəyan edib. Bəzi hallarda həm Qərb, həm də müsəlman dövlətlərinin mediasında İŞİD “sünni terrorçular” kimi təqdim edilir. Belə çıxır ki, Yaxın Şərqin əksər dövlətləri də bu radikal terror təşkilatını qəbul etmirlər. Bəs onda bu terror qruplaşması hansı mənbə hesabına bu dərəcədə güclənib? Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatına görə, son aylar bu qrup üç dəfə güclənib! Onun sıralarında indi 30 minə yaxın döyüşçü var. Özü də bu, 3 ay müddətində baş verib.
Koalisiya taktikası: həmişə tətbiq edilir?
Aydındır ki, hər hansı təşkilatın bu səviyyəyə yüksəlməsi üçün ciddi dəstək gərəkdir. Həmin mənbə hələlik məlum deyil. Digər düşündürücü məqam bu qruplaşma ilə mübarizə fonunda Vaşinqtonla Tehranın əməkdaşlığa getməsidir. Yəni, bu terror təşkilatı o dərəcədə təhlükəlidirmi ki, əzəli düşmənlər belə ona qarşı birləşir? Bəlkə, burada başqa faktorlar vardır?
Reallıq bundan ibarətdir ki, ABŞ terrora qarşı xeyli dövlətləri bir yerə yığa bilir. Prezident Obama konkret deyir ki, İŞİD terror qruplaşması Amerikaya təhlükə yaradır. Həmin təhlükə, əsasən, Rusiya və ya Çinə qarşı yaransaydı, Vaşinqton analoji addımı atacaqdımı? Bu suala müsbət cavab vermək çətindir. Belə görünür ki, Vaşinqtonun atdığı addımlarda geosiyasi maraqlar güdülür.
Hər şeydən əvvəl, Amerikanın dünyada imici yeniləşir. İndi o, çoxlu sayda ölkəni terrora qarşı birləşdirən ölkə obrazını alır. Başqa tərəfdən, tədricən “İslam dövləti” ifadəsi insanların şüuruna yeridilir ki, bu da İslam dünyası haqqında yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Doğrudur, B.Obama İŞİD-in nə din, nə də dövlətçiliklə əlaqəsinin olmadığını deyir. Lakin ardınca “İslam dövləti” ifadəsi də işlədilir. Bu, açıq ziddiyyətdir.
Prosesin gedişində daim vurğulanan daha bir təhlükəli məqam da var. Siyasi leksikonda “sünni terroru”, “şiə terroru” ifadələri yer alır. Əksər Qərb siyasətçiləri bunu müəyyən mənada aksiom hesab edir. İŞİD terrorçuları haqqında tez-tez “sünni terroru” ifadəsinin işlədilməsi məzhəblər arasında düşmənçiliyi qızışdıra bilər. Qərb siyasətçiləri İŞİD terror qruplaşması ilə mübarizədə şiə, kürd və rəsmi Bağdadın qüvvələrindən istifadə edəcəklərini açıq bildirirlər. B.Obama Amerika xalqına söz verib ki, amerikalılar başqa torpaqlarda vuruşmayacaqlar.
Bunun əvəzində regiondakı bəzi qüvvələr silahlandırılacaqdır. Məsələn, Suriyanın B.Əsədə qarşı mötədil mövqedə olan müxalifətinə hərbi yardım nəzərdə tutulub. ABŞ hərbi-hava qüvvələri havadan zərbələr endirəcək, quruda isə yerli təşkilatlar müharibəni aparacaqdır. Bir sözlə, ölən də, öldürən də müsəlmanlar olacaq. Üstəlik, onlar arasında bir-birinə qarşı düşmənçilik də yaranacaq. Belə olduqda, Yaxın Şərq tarixində yeni mərhələ başlamış olur. Bu isə yerli xalqların taleyində heç də müsbət hal deyil.
Maraqlıdır ki, Yaxın Şərqdə separatizmi təbliğ edən başqa təşkilatlara qarşı bu cür sərt münasibət yoxdur. İraqın, İranın, Suriyanın, Türkiyənin və s. ərazi bütövlüyünə təhlükə törədən qruplara Qərbdən, hətta dəstək olur. Onların hərbi yolla məhv edilməsi prosesinə başda Vaşinqton olmaqla Avropa ölkələri ciddi mane olurlar. Bir qayda olaraq, ya demokratiya, barış, ya separatçını dinləmək, ya da unitar dövlət quruluşundan imtina etmək məsləhət görülür.
Bunlardan başqa, dövlət səviyyəsində terror təşkil edən ölkələrə qarşı da sərt addımlar atılmır. Cənubi Qafqazda Ermənistan neçə illərdir ki, terror hadisələri törədir. Təkcə Xocalını yada salmaq kifayətdir. Məgər Xocalıda ermənilərin azərbaycanlılara qarşı etdikləri terror qruplaşmasının Səncar əyalətində yezidi kürdlərə tutduğu divandan daha “yumşaq” hərəkətlərdirmi? Əksinə, Xocalı zülmünə dünyanın heç bir yerində rast gəlinməyib. Bəs onda Xocalı soyqırımını yaradanlara qarşı koalisiya nə vaxt formalaşdırılacaq?
Bilirik ki, Qərb heç zaman bu addımı atmayacaq. Maraqlıdır, nə vaxtsa Cənubi Qafqazda Amerikanın təhlükəsizliyini təhdid edən bir qrup peyda olsa, Vaşinqton Bakıya əməkdaşlıq təklif edəcəkmi?
Şübhəsiz ki, terrora qarşı mübarizə aparmaq lazımdır. Bu işdə dünyanın bütün dövlətləri sıx əməkdaşlıq etməlidirlər. Lakin bu prosesin fonunda İŞİD terror qruplaşmasından da qəddar davranan qrupların və ya dövlətlərin cəzasız qalması qlobal geosiyasətdə böyük problemdən xəbər verir. Terrorçuların “mənim-sənin” kateqoriyalarına bölünməsi həmişə bumeranq effekti verir. O cümlədən, Azərbaycanın terrordan əziyyət çəkən ölkə olması unudulmamalıdır. Təəssüf ki, heç də həmişə tərəfdaş ölkələr Bakının terrorla bağlı qayğılarına adekvat reaksiya vermirlər. İkili standartlar burada daim ziyan vurur, radikal qrupların məhv edilməsi prosesini ləngidir.
Amerikanın dövlət başçısı hərbçilər qarşısında çıxışı zamanı terror qruplaşmasına qarşı 40-dan çox ölkəni səfərbər etdiyi haqqında danışıb. ABŞ prezidentinin terrorun hər bir təzahürünə qarşı bu cür qətiyyətli olmasının daha faydalı ola biləcəyini düşünürük.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

