Latın Amerikası turnesi Sarkisyanın siyasi bioqrafiyasına növbəti rüsvayçılıq kimi daxil oldu
11.07.2014 [09:56]
Serj Sarkisyanın Argentinadan sonra Uruqvayda da biabır olması Ermənistanın beynəlxalq münasibətlərin autsayderinə çevrildiyini bir daha təsdiqləyir
Məlum olduğu kimi, iflasa uğrayan Latın Amerikası səfəri çərçivəsində Serj Sarkisyan Argentinadan sonra ziyarət etdiyi Uruqvayda da rüsvay olub. Belə ki, ölkənin prezidenti Xose Alberto Muxika Kardano da Sarkisyanla görüşməkdən imtina edib. O, ölkənin vitse-prezidenti Sent Danilo Astori ilə görüşə bilib. Bu hadisə bir daha təsdiq etdi ki, Ermənistan bir dövlət kimi dünyada, o cümlədən, Latın Amerikasında ciddi qarşılanmır, iki region ölkəsi prezidentinin Sarkisyanla görüşdən imtina etməsi isə Ermənistan rəhbərinin beynəlxalq aləmdəki real statusunu ortaya qoyur.
LATIN AMERİKASINDA ERMƏNİSTANIN LAYİQ OLDUĞU YER GÖSTƏRİLİB
Ermənistan uzun illərdir ki, məhdud sayda xarici havadarlarına sığınaraq Azərbaycana qarşı işğal siyasətini davam etdirməyə çalışır. Azərbaycan torpaqlarını işğalda saxlamaq naminə Ermənistan faktiki olaraq suverenliyini, müstəqil daxili və xarici siyasət yürütmək imkanlarını qurban verərək əyalət və ya hərbi baza statusu olan bir məkana çevrilib. Əlbəttə ki, bu vəziyyəti dünyada da yaxşı görürlər və bu, özünü Ermənistana, onun rəhbərliyinə göstərilən münasibətdə də aydın büruzə verir.
Xatırladaq ki, Sarkisyanın Latın Amerikası turnesinin ilk dayanacağı olan Argentina səfəri də onun üçün xeyli sayda xoşagəlməz sərgüzəştlərlə yadda qalıb. Əvvəlcə, Buenos-Ayres hava limanında Sarkisyan və onun nümayəndə heyətinin yoxlanması, daha sonra prezidentin hoteldə yerləşdirilməsi zamanı yaranan problemlər səbəbindən onun bir saatdan artıq foyedə gözləmək məcburiyyətində qalması işğalçı ölkə rəhbərinin Latın Amerikası fiaskosunun sadəcə başlanğıcı imiş. Argentinanın xarici işlər naziri Hektor Timerman və vitse-prezidenti Amado Budu ilə görüşündən sonra Sarkisyanın prezident Kristina Kirşnerin qəbuluna düşmək istəyi baş tutmayıb. Sarkisyana görüşlərin Prezident Administrasiyasında davam etdiriləcəyi bildirilsə də, ona kiminlə görüşəcəyi söylənilməyib. Sonradan bu naməlum görüş də ləğv olunub və Sarkisyan hotel otağında saatlarla gözləmək məcburiyyətində qalıb. Sonda isə Ermənistan prezidentinin xanım Kirşnerlə nəzərdə tutulan görüşünün baş tutmayacağı aydınlaşıb. Bundan sonra Ermənistan prezidenti Buenos-Ayresin meri və erməni diasporunun nümayəndələri ilə təsəlliverici görüşlərini keçirib və uğursuz Argentina səfərini rüsvayçı diplomatik məğlubiyyətlə başa vurub.
Erməni mənbələri görüşün baş tutmamasını ciddi-cəhdlə Argentina prezidentinin səhhətinin yaxşı olmaması ilə əsaslandırmağa çalışıb. Lakin onlar Uruqvay prezidentinin görüşdən imtina etməsinin səbəbini isə heç nə ilə izah edə bilmirlər. Bu hadisələr onu deməyə əsas verir ki, Sarkisyan belə hallara özünü mənəvi cəhətdən alışdırsa yaxşıdır. Çünki Ermənistanın indiki bərbad beynəlxalq imici fonunda güman etmək olar ki, işğalçı ölkə rəhbərliyi bənzər hallarla hələ çox üzləşəcək.
Təbii ki, Ermənistan prezidentinin belə bir fiaskoyla başlayan Latın Amerikası turnesinin davamı olaraq Çili səfərindən də uğur gözləməyə dəyməz.
ERMƏNİSTAN LATIN AMERİKASI ÜÇÜN HEÇ BİR İQTİSADİ, SİYASİ MARAQ KƏSB ETMİR
Əlbəttə ki, Ermənistan prezidentinin Latın Amerikası turnesi regionda hər hansı həyəcan, maraq yaratmaq gücündə deyil. Çünki Ermənistanın özü nə iqtisadi, nə də siyasi baxımdan səmərəli partnyor hesab olunmur. Məsələyə iqtisadi cəhətdən yanaşsaq, Ermənistan keyfiyyət və kəmiyyət baxımından dünya səviyyəsində rəqabət aparacaq, diqqətə layiq heç bir məhsul istehsal etmir. Bu o deməkdir ki, Latın Amerikası ölkələri Ermənistana idxal mənbəyi kimi yanaşa bilməzlər. Latın Amerikası işadamlarının, şirkətlərinin Ermənistana yatırımlar etməsinə gəlincə, Ermənistan iqtisadiyyatının uzun illərdir ki, forpostu olduğu ölkədəki şirkətlərin monopoliyasında saxlandığı məlumdur. Digər tərəfdən, Ermənistanda insan resurslarının azlığı, daxili bazarın həddən artıq kiçik olması, təbii sərvətlərin məhdudluğu, ölkənin regiondakı təcrid durumu da onun iqtisadi əhəmiyyətini xeyli dərəcədə məhdudlaşdıran amillərdir. Eyni zamanda, öz iqtisadiyyatına vəsait yatırmaq imkanları olmayan Ermənistan investor ölkə kimi də Latın Amerikası dövlətlərinə heç bir töhfə verə bilməz.
Ermənistanın Latın Amerikası ölkələri ilə əməkdaşlığının siyasi aspektinə gəlincə, müstəqil siyasi qərarlar qəbul etmək səlahiyyətindən məhrum olan işğalçı ölkə rəhbərliyi region dövlətlərini özünün səmimiliyinə, etibarlılığına inandıra bilməz. Şimal küləyinin təsirilə xarici siyasətdə istiqamətini tez-tez və kəskin dəyişən Ermənistanla təbii olaraq, heç bir dövlət uzunmüddətli stabil əməkdaşlığa ümid etmir.
Beləliklə, Ermənistan elə bir çıxılmaz vəziyyətə düşüb ki, hətta Latın Amerikası regionunda çoxdan məskən salmış erməni lobbisi də işğalçı ölkəyə lazımi köməklik göstərə bilmir.
AZƏRBAYCANIN DİPLOMATİK HÜCUMLARININ ZƏRBƏSİNİ ERMƏNİSTAN HƏR YERDƏ HİSS EDİR
Şübhəsiz ki, Ermənistanın siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətinə düşməsində Azərbaycanın hücum diplomatiyasının, ölkəmizin informasiya müharibəsində tədricən nail olduğu əzici üstünlüyünün, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ardıcıl surətdə dünyaya çatdırmasının böyük rolu var. Məhz bu səbəbdəndir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən çoxsaylı qərar və qətnamələri mövcuddur.
Bu sənədlərlə yanaşı, Azərbaycan özünün hücum diplomatiyası ilə Ermənistanın daha çox təcrid vəziyyətinə düşməsinə nail olub. Hər il yeni-yeni dövlətlər və federal subyektlər Xocalı soyqırımını tanımaqdadır. Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha yaxşı məlumatlandırılır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə, son günlərdə isə AŞPA-nın Strasburqdakı sessiyasında, ATƏT Parlament Assambleyasının sessiyasının Bakıdakı plenar iclasındakı çıxışlarında erməni yalanlarını alt-üst edən tarixi həqiqətləri, faktları ortaya qoyması informasiya müharibəsində ölkəmizin mövqeyini daha da gücləndirir.
Digər tərəfdən, regiondakı iqtisadi, enerji layihələrindən kənarda qalan Ermənistan hara üz tutacağını da bilmir. Məlum olduğu kimi, əvvəlcə Avropa İttifaqı ilə Assosiativ saziş imzalamağa hazırlaşan Ermənistan rəhbərliyi ötən il fikrini dəyişərək Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına üzv olmaq qərarını açıqlayıb. Lakin son hadisələr göstərir ki, Ermənistanı bu qurumlara qəbul etməyə tələsən yoxdur. Azərbaycanın düşünülmüş və qətiyyətli siyasi gedişləri sayəsində işğalçı ölkə təcavüzkar siyasətinin acı nəticələri ilə burada da üzləşib.
Zaman isə Ermənistanın zərərinə işləməkdə davam edir, ölkə iqtisadiyyatının böhranı dərinləşir, əhalinin xaricə axını sürətlənir. Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasəti işğalçı ölkəni məhvə sürükləyir.
ERMƏNİSTAN İCTİMAİYYƏTİ ÖLKƏNİN SİYASİ İFLASINI ETİRAF EDİR
Məlumdur ki, 2013-cü il sentyabrın 3-də Sarkisyanın Ermənistanın Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaqdan imtina etməsi və əvəzində Gömrük İttifaqına daxil olmaq niyyətini ifadə etməsindən sonra Ermənistan ictimaiyyəti və erməni diasporunun rəsmi Yerevanın səriştəsiz addımlarına yönələn tənqidləri güclənib. Son aylarda isə Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olması qarşısında yaranan əngəllər Ermənistanın tam siyasi iflasa uğraması barədə kəskin fikirlər və ağır etiraflarla müşayiət olunur.
Belə etiraflardan biri kimi, bu günlərdə “1in.am” saytında dərc olunan məqaləni göstərmək olar. Yazıda bildirilir ki, Ermənistanın Gömrük İttifaqına daxil olması prosesinin uzanacağına şübhə yoxdur: “Son bir ildə Ermənistan faktiki olaraq, havadan asılı vəziyyətdə qalıb. Ermənistan Aİ ilə Assosiasiyadan imtina edib, avrointeqrasiya prosesi iflasa uğrayıb, Avropa tərəfdaşlığında uğurlu və aparıcı dövlət olmaq fürsətini əldən verən Ermənistan autsayder statusu qazanıb”.
Yazıda deyilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı məsələsində də autsayder vəziyyətindədir. Etiraf olunur ki, İttifaq üçlüyü olan Rusiya, Qazaxıstan və Belarus üçün Azərbaycanla münasibətlər Ermənistanla əlaqələrdən daha vacibdir. Buna görə də, Ermənistan özünün irəli sürdüyü şərtlərlə ittifaqa daxil ola bilməz.
Moskvada yaşayan erməni hüquq müdafiəçisi Arbak Xaçatryan isə erməni mətbuatına müsahibəsində Ermənistan rəhbərliyinin gah nala, gah da mıxa vuran siyasətini tənqid edərək, ölkənin autsayderliyinin səbəbini daha aydın göstərib: “Bir şeyi dəqiq bilirəm: bu mövqe ilə, Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə Ermənistan (Gömrük İttifaqına) daxil ola bilməz”.
Göründüyü kimi, Azərbaycanın qətiyyətli diplomatiyası, ərazi bütövlüyünün qorunması uğrunda inamlı və ardıcıl mövqeyi öz sözünü deyir və artıq Ermənistan ictimaiyyəti bunu etiraf etməyə başlayıb. İndi növbə Ermənistan rəhbərliyinindir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

