Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada inflyasiya göstəricisi artıb

İtaliyada inflyasiya göstəricisi artıb

16.07.2025 [16:59]

İyun ayında İtaliyada inflyasiya səviyyəsi 1,7 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,1 faiz, 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 1,5 faiz artıb. Lakin buna baxmayaraq, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağıdır.

İyun ayında İtaliyada məhsul və xidmətlər sektorları arasında inflyasiya fərqi əvvəlki ayla müqayisədə dəyişməyərək 1,8 faiz bəndi təşkil edib. Ərzaq, məişət və fərdi qulluq məhsullarının qiymətləri 2,8 faiz artıb. Rüblük müqayisədə iyunda qiymət artımı əsasən nəqliyyatla bağlı xidmətlərdə qeydə alınıb.

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30