Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: İran ABŞ-ın zərbələrindən əvvəl “Fordo”dan uranı çıxara bilməzdi

Tramp: İran ABŞ-ın zərbələrindən əvvəl “Fordo”dan uranı çıxara bilməzdi

25.06.2025 [22:13]

ABŞ Hərbi Hava Qüvvələrinin zərbələrindən öncə İranın “Fordo” obyektindən nüvə materiallarını çıxara bilməsi ehtimalı azdır.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Mark Rütte ilə görüşündə deyib.

“Düşünmürəm ki, sürətlə hərəkət etdiyimiz üçün İranın nüvə obyektindən uranı çıxarmaq imkanı olmayıb. Bu proses bəlkə də iki həftə çəkərdi. Nüvə materiallarını daşımaq çox çətin və təhlükəlidir”, - deyə Tramp bildirib.

Ağ evin rəhbəri Tehranın uranı zənginləşdirməsinə imkan verməyəcəyini də vurğulayıb. “İran hakimiyyəti uranın zənginləşdirilməsi prosesini bərpa etmək istəyir, lakin biz buna imkan verməyəcəyik. Düşünürəm ki, son nəticədə bizim İranla münasibətimiz düzələcək”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31