Gürcüstan hökuməti yaşıl enerji obyektlərinin tikintisini planlaşdırır
17.06.2025 [09:52]
Gürcüstanda elektrik istehlakı ildən-ilə artır. Artan tələbatı ödəmək üçün ölkədə yaşıl enerji obyektlərinin tikintisi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Bazarı Operatorunun (ESCO) saytında məlumat verilir.
Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər ölkə ciddi enerji çatışmazlığı ilə üzləşə bilər, çünki o vaxta qədər elektrik enerjisi istehlakı təxminən 73 faiz artaraq 22 milyard kilovat-saata çatacaq.
Qonşu ölkələrdən enerji asılılığını azaltmaq üçün hakimiyyət yerli bərpa olunan mənbələrdən maksimum istifadə etməyə çalışır. Operatorun məlumatına görə, hazırda ölkədə Qori şəhəri (Şərqi Gürcüstan) yaxınlığındakı Kartli külək stansiyası 2016-cı ildən fəaliyyət göstərir, onun gücü 20 MVt-dır. Kartli külək stansiyası 2025-ci ilin yanvar-aprel aylarında 25,54 milyon kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.
Alternativ enerji mənbələrinə keçid Gürcüstan hökuməti üçün mühüm istiqamətdir. Ölkə günəş və külək enerjisinin enerji sisteminə inteqrasiyasını artırmağı planlaşdırır. Elektrik istehlakının illik artımı ilə əlaqədar ekspertlər hesab edirlər ki, Gürcüstan 2030-cu ilə qədər ciddi enerji çatışmazlığı ilə üzləşə bilər. Bununla əlaqədar ölkədə növbəti üç il ərzində ümumi gücü 1,5 min meqavat olan elektrik stansiyalarının tikintisinə hərrac yolu ilə yardım daxil olmaqla bərpa olunan enerjinin dəstəklənməsi sxemi hazırlanıb.
Hökumət sənayenin inkişafını sürətləndirməyi planlaşdırır, bunun üçün yaxın iki-üç ildə 3-4 milyard dollar investisiya cəlb olunacaq.
Bərpa olunan enerjinin inkişafı sxemi CFD müqaviləsi adlanan qiymətlər arasındakı fərqin razılaşdırılması ilə elektrik stansiyasının istismara verilməsindən sonra 15 il ərzində enerji layihələrinə dövlət dəstəyini nəzərdə tutur.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda elektrik enerjisi istehlakı 2025-ci ilin yanvar-aprel aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 4,9 milyard kilovat-saat təşkil edib. Dörd ayda 3,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 9,8 faiz azdır.
İstehsal olunan enerjinin böyük hissəsi su elektrik stansiyalarının payına düşür – 2,9 milyard kilovat-saat. İstilik elektrik stansiyalarında 965,63 milyard kilovat-saat istehsal edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12

