Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12.04.2025 [15:20]

Amerika Kino Sənəti və Elmləri Akademiyası tryukların dizaynında nailiyyətlərə görə “Oskar” mükafatının yeni kateqoriyasını yaradıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, mükafata namizədlərin irəli sürülməsi və səsvermə qaydaları 2027-ci ildə elan olunacaq. Yeni kateqoriya mükafatın 100 illiyi ilə əlaqədar yaradılıb və kaskadyorların kino sənayesinə mühüm töhfəsini qeyd etmək üçün nəzərdə tutulub.

“Biz texniki və yaradıcı heyətin yenilikçi işini şərəfləndirməkdən qürur duyuruq”, - deyə Amerika Kino Akademiyasının baş direktoru Bill Kramer və prezidenti Canet Yanq birgə bəyanatda bildiriblər.

Tanınmış kaskadyorlar və tryukların koordinatorları Devid Leytç və Kris O'Hara “Oskar” nominasiyalarının artmasında böyük rol oynayıblar. Onlar Akademiya üzvlərinə mükafat kateqoriyaları siyahısına tryuk sənətini əlavə etmək ilə bağlı müraciət ediblər.

Hazırda Amerika Kino Akademiyasının heyətinə yüzdən çox kaskadyor daxildir, təşkilatdakı mütəxəssislərin ümumi sayı isə 8 mindən çoxdur.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31