Ermənistanda təbii artımın səviyyəsi azalıb
02.11.2012 [01:07]
2012-ci ilin yanvar-sentyabr aylarında işğalçı ölkəni tərk edənlərin sayı 1 692 147 nəfər olub
Ermənistanda sosial-iqtisadi vəziyyət günbəgün ağırlaşmaqda davam edir. Məlum olduğu kimi, işğalçı ölkədə orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu daha çox xarici yardımlardan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdə yaşayan qohumlarından göndərilən vəsait hesabına dolanmağa məcburdur. Ölkə iqtisadiyyatının tənəzzül etməsi isə hazırki hakimiyyətin yürütdüyü təcavüzkar siyasətin nəticəsidir. Bu siyasət nəticəsində Ermənistan təkcə iqtisadi resurslarını deyil, həmçinin, insan kapitalını da itirir. Hazırda kişilərin əksəriyyəti işləmək üçün Ermənistanı tərk edərək xarici ölkələrə üz tuturlar. Ailənin bütün ağırlığı qadınların üzərinə düşür. Lakin qadınların əksəriyyəti də iş tapmaqda çətinlik çəkirlər.
Ermənistanın yerli mediasının yazdıqlarına görə, işğalçı ölkənin vətəndaşları dövlətin perspektivlərinə bədbin yanaşırlar. Belə ki, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması Ermənistan vətəndaşlarını ümidsizləşdirib. Erməni sosioloqlarının proqnozları da ümidverici deyil. Belə ki, miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi erməni sosioloqlarının özləri tərəfindən də açıq etiraf olunur. Milli Statistika Xidmətinin şöbə müdiri Karina Kuyumcyan deyib ki, 2011-ci ildə ölkədə əhalinin siyahıya alınması zamanı Ermənistanda daimi yaşayanların sayı 3 018 854 nəfər təşkil edib. Siyahıya alınma zamanı onlardan 2871771 nəfəri faktiki olaraq ölkədə yaşayırdı. Bununla da 2001-ci ildə keçirilən siyahıya alınma (müvafiq olaraq 3 213 011 və 3 002 594 nəfər) ilə müqayisədə ölkədə daimi yaşayanların sayı 194 157 nəfər, faktiki yaşayanların sayı isə 130 823 nəfər azalıb. O, həmçinin, vurğulayıb ki, 2012-ci ilin yanvar-sentyabr aylarında Ermənistana gələnlərin sayı 1 594 988 nəfər, gedənlərin sayı isə 1 692 147 nəfər olub.
Kuyumcyan əlavə edib ki, ölkə əhalisinin 36,7 faizi kəndlərdə, 63,3 faizi isə şəhərlərdə yaşayır.
Bununla yanaşı, işğalçı ölkədə, doğumun səviyyəsi düşüb, boşanan (cari ilin 6 ayında hər min nəfərə 173 boşanma faktı düşüb) və intihar edənlərin sayı, miqrasiyanın (cari ilin 5 ayında 80 mindən çox) səviyyəsi artıb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Ermənistanda 30 906 uşaq anadan olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3 faiz azdır.
Milli Statistika Xidmətinin şöbə müdiri qeyd edib ki, ölüm səviyyəsi 0,8 faiz azalaraq 20 815 nəfər təşkil edib.
“Bununla da Ermənistan əhalisinin təbii artımı 10 091 nəfər təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 7,1 faiz azdır”, - Karina Kuyumcyan bildirib.
Qeyd edək ki, 2011-ci ilin yanvar ayının 1-dən oktyabrın 1-dək 829 min 412 erməni işğalçı ölkəni tərk etmişdi. Şübhəsiz ki, əslində Ermənistanı tərk edənlərin sayı göstərilən rəsmi statistikadan daha artıqdır.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

