Çevik və düşünülmüş sosial-iqtisadi siyasət ölkəmizin dinamik inkişafını təmin edir
10.02.2016 [10:08]
Fevralın 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Qusar rayon ictimaiyyətinin nümayəndələri və yerli iş adamları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələr, qazanılan uğurlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Qusarda da bütün sahələrdə sürətli inkişafa nail olunduğunu, geniş quruculuq işləri aparıldığını, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, çoxsaylı yeni iş yerlərinin açıldığını, əhalinin həyat tərzinin xeyli yaxşılaşdığını bildirib.
Görüşdə Qusar rayonunun mövcud potensialının reallaşdırılması, yerli əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi üzrə təşəbbüslər, bu istiqamətdə gələcək fəaliyyətin əsas istiqamətləri geniş şəkildə müzakirə edilib.
DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək, keçən əsrin sonlarında ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salıb, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, respublikamızın sosial-iqtisadi inkişafı, dövlətimizin beynəlxalq nüfuzunun artması, xalqımızın həyat səviyyəsinin yüksəlməsi hər bir Azərbaycan vətəndaşının nikbinlik hissini, qurub-yaratmaq əzmini artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və düşünülmüş sosial-iqtisadi siyasət, qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsi dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, ölkəmizin davamlı və dinamik inkişafını təmin edir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanda yeni iqtisadi və siyasi çağırışlara adekvat olan islahatlar silsiləsini davam etdirmək, idarəetmə sistemini təkmilləşdirmək, biznes mühitini yaxşılaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək, bununla da milli iqtisadiyyatı mövcud şəraitə uyğunlaşdırmaq əzmini ortaya qoyub.
Müharibə şəraitində yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan respublikamızda bütün sahələrdə böyük tərəqqi əldə edilib. Prezident İlham Əliyevin diqqəti sayəsində son illər regionlar, o cümlədən Qusar rayonu da öz simasını əsaslı şəkildə dəyişib. Rayonda “Şahdağ” Turizm Mərkəzi, “Qusar-1” su elektrik stansiyası, Heydər Əliyev Mərkəzi və Dövlət Bayrağı meydanı, olimpiya idman kompleksi, şahmat mərkəzi, mərkəzi rayon xəstəxanası, “Samur” və “Şirvanovka” dövlət sərhədindən buraxılış məntəqələri, 43 orta məktəb binası tikilib. Həmçinin kəndlər qazlaşdırılıb, avtomobil yolları əsaslı təmir olunub, yeni su və rabitə xətləri çəkilib, 10 turizm və istirahət mərkəzi yaradılıb. Prezident İlham Əliyevin Qusara 11 dəfə səfər etməsi, müxtəlif açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı rayonun inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür.
DSX-nin rəisi Elçin Quliyev dövlət siyasətinin prioritetlərindən birinin də ölkəmizin hərbi qüdrətinin durmadan artırılması, sərhədlərin toxunulmazlığının, sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu, qazanılmış uğurlara zəmin yaradan əsas amillərdəndir. Sabitlik və əmin-amanlıq şəraitində yaşayan xalqımız, eləcə də qusarlılar Prezidentin ətrafında sıx birləşərək müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi naminə səylə çalışırlar.
Milli Məclisin deputatı Azər Badamov görüşdə çıxış edərək, dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri, bu proseslərlə əlaqədar neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı yaranan şəraitə toxunub. Bildirilib ki, müəyyən çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu sahədə qarşıda duran əsas vəzifələr qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, yeni iş yerlərinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi, insanların həyat səviyyəsinin yüksəldilməsidir.
Azər Badamov Qusar rayonunun inkişafı ilə bağlı bir sıra təkliflərin olduğunu, rayonda yeni emal müəssisələrinin yaradılması üçün iş aparıldığını diqqətə çatdırıb.
Açıq dialoq şəraitində keçən görüşdə təklif və müraciətlər dinlənilib, işgüzar fikir mübadiləsi aparılıb. Rayon ictimaiyyətinin nümayəndələri və yerli sahibkarlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin fəaliyyətinin bərpası, əhalinin işlə təminatı ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə kadr hazırlığı müəssisələrinin yaradılmasına dair təkliflərlə çıxış ediblər. Həmçinin kənd yollarının təmiri, sahibkarlara əlavə torpaq sahələrinin ayrılması, yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı ilə əlaqədar müraciətlər səsləndirilib.
Çıxış edən ziyalılar, iş adamları qeyri-neft sektorunun inkişafına, dünyadakı maliyyə-iqtisadi böhranın respublikamızın vətəndaşlarının güzəranına mənfi təsirinin azaldılması istiqamətində atılan addımlara, sahibkarlığın inkişafına göstərilən qayğıya, əhalinin həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58

