Qubadlı ictimaiyyəti torpaqlarımızın işğaldan azad olunacağına inanır...
30.08.2014 [09:44]
Rayonun Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Dünən Sumqayıtda Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı” Memorial Kompleksini ziyarət ediblər. Sonra tədbir Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən Olimpiya İdman Kompleksində davam etdirilib.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatı İmanverdi İsmayılov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Şuşa şəhəri İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və Qubadlı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Qubadlının işğalının 21-ci ili tamam olur. İşğal nəticəsində zəngin tarixə malik olan rayonun bütün əmlakı ermənilər tərəfindən talan edilib. Qeyd olunub ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çox itkin düşüb: “Artıq 21 ildir ki, 35836 nəfərdən ibarət Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür”.
İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən 21 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirib: “Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 21 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirib. O, qeyd edib ki, bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak ediblər. Qubadlının zəngin tarixi keçmişindən söz açan Ə.Həsənov məcburi köçkünlüyün müvəqqəti hal olduğunu dilə gətirib. Onun sözlərinə görə, qaçqınlıq dövründə Qubadlı camaatı üçün kifayət qədər işlər görülüb: “Qubadlı camaatından da dövlət orqanlarına daxil olan şikayətlərin sayı çox azdır. Bu onu göstərir ki, icra strukturları işlərinin öhdəsindən lazımi səviyyədə gəlirlər”.
Son dövrlərdə Qubadlı əhalisinə xidmət edən təhsil müəssisələrinin, o cümlədən, tibb müəssisələrinin yenidən qurulduğunu, yaxud tikildiyini diqqətə çatdıran Baş nazirin müavini “Təbii ki, bu işlərdə Heydər Əliyev Fondunun rolunu mütləq qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qubadlı ictimaiyyətinə məxsus bir sıra təhsil və səhiyyə obyektləri təmir edilib. Hesab edirik ki, Mehriban Əliyeva həm ölkəmizin birinci xanımı kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizdə çox işlər görüb. Mehriban xanım Əliyeva gördüyü işlərlə dünya ölkələrinin birinci xanımlarına çox gözəl nümunə göstərir” sözlərini də əlavə edib.
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mühüm işlər görülür. Bu işlərin təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mühüm işlər davam etdilir. Yaxın dövrdə biz erməni işğalçılarının torpaqlarımızdan rədd ediləcəyi günü də görəcəyik. İşğal altında olan rayonların əhalisi öz doğma yurdlarına dönəcəklər. Biz buna əminik. Biz bilirik ki, cənab Prezident İlham Əliyev bu problemin həllinə nail olacaq”.
Ölkə başçısının Avropa Şurasının tribunasından çıxış edərək Azərbaycana qarşı yürüdülən ikili standartın iç üzünü açdığını önə çəkən Ə.Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarının bütövlüyünə nail olmaq uğrunda böyük cəsarət nümunəsi nümayiş etdirir: “Bu yaxınlarda Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə Prezident İlham Əliyev Ermənistanın dövlət başçısına bildirdi ki, Ermənistanda faşist rejimi mövcuddur. Bu, çox böyük mesajdır. O cümlədən, həmin görüşdə Ermənistan tərəfindən girov götürülmüş vətəndaşlarımızın məsələsi qaldırıldı. Ermənilər tərəfindən girov götürülmüş soydaşlarımızın, o cümlədən şəhid olmuş Həsən Həsənovun meyitinin geri qaytarılması tələb edildi. Biz bu məsələdə öz təkliflərimizi göndərmişik. Amma Ermənistan tərəfi hələ də bu tələblərə reaksiya vermir”.
Baş nazirin müavini çıxışında, həmçinin “Bu gün bizim bir güvənc yerimiz var-Azərbaycan dövləti, Azərbaycan Prezidenti İlham Əliyev. Azərbaycan xalqının yeganə güvənc yeri budur. Azərbaycan Prezidenti öz xalqının, millətinin gələcəyi üçün, millətinin sosial rifahı üçün çalışır” sözlərini də əlavə edib.
Daha sonra tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

