Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Məlahət İbrahimqızı: Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb

Məlahət İbrahimqızı: Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb

26.08.2014 [09:30]

Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb, çünki mərasimlər əndazəni aşıb. Bu barədə “Trend”ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bəzən yas mərasimlərində stolun üstündə bircə spirtli içki çatışmır: “Çox maraqlısı da odur ki, hamı bunu deyir, ancaq heç kim əməl etmir. Hətta qadın məclislərində mikrofonlar qoyurlar. Lakin İslam dinində yas mərasimində Quran oxuyarkən qadının səsini kənardan kişilər eşitməməlidir”.
Millət vəkili yas mərasimlərini idarə edən mollalardan da danışıb. O, qeyd edib ki, bəzən yas mərasimlərində Qurandan xəbəri olmayan mollalar ağıl öyrədir, məsləhət verirlər: “Ona görə də, yas mərasimlərimiz əndazədən çıxıb. Bu baxımdan, hansısa qanunla və ya Nazirlər Kabinetinin hər hansı bir təlimatı ilə yas mərasimləri tənzimlənməlidir. Digər tərəfdən, maarifləndirmə işi gücləndirilməlidir. Məgər insanın dəyəri maddiyyatla ölçülür? Axı heç kim o qədər yeməyi yemir. Xarab olmuş qidaları sabaha, birigünə saxlayırlar və nəticədə zəhərlənmə halları baş verir”.
Deputat yas mərasimləri ilə bağlı qanun layihəsinin hələki, komitəyə daxil olmadığını bildirib.

Paylaş:
Baxılıb: 1679 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30