İbrahimbəyovun 500 mini də belə getdi
07.09.2013 [09:26]
Qondarma “Milli şura”nın Cəmil Həsənov üçün topladığı imzalar saxta çıxdı
Azərbaycan siyasi palitrasında uzun illərdir lövbər salan və əlindən heç bir iş gəlməyən radikal müxalifət partiyalarının növbəti yarıtmazlığı haqqında yeni məlumatlar ortaya çıxıb. Belə ki, bir sıra internet saytlarında “Milli şura”dakı etibarlı mənbəyə istinadən yayılan məlumata əsasən, prezidentliyə namizəd Cəmil Həsənovun xeyrinə yığılan imzaların analizi qurumda şok yaradıb. Mərkəzi Seçki Komissiyasına təqdim etməzdən əvvəl daxili araşdırma nəticəsində müəyyən edilib ki, 44 min imzadan 6 mini etibarsızdır. Seçki qərargahının rəhbərləri Həsən Kərimov və Arif Hacılının rəhbərliyi ilə aparılan imzaların yoxlanması prosesi zamanı bu fakt ortaya çıxıb. Hətta bildirilənə görə, 2 minə yaxın saxta imza da radikallar tərəfindən guya yararlı hala gətirilib.
“Olaylar” İnformasiya Agentliyinin məlumatına görə, imzaların etibarsız çıxması “Müsavat” başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlidə böyük pərtlik yaradıb. İmza toplanmasına yaxın buraxılmayan ALP, Açıq Cəmiyyət Partiyası, KXCP və başqa partiyalar isə bundan məmnun qalıblar. Bu vəziyyətdən C.Həsənovun də narazılıq etdiyi bildirilir. O, “Müsavat” və AXCP rəhbərliyinə “500 min dollara belə imza toplamaq sadəcə rüsvayçılıqdır” mesajını verib.
Mənbənin məlumatına görə, imza toplamaq üçün “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov tərəfindən C.Həsənovun seçki qərargahına 500 min dollar ayrılıb. Məlum olduğu kimi, “Milli şura”da təmsil olunan KXCP, ALP, ACP və “El” hərəkatının imzatoplama kampaniyasına buraxılmaması onların ciddi narazılığına səbəb olmuşdu. Mənbənin sözlərinə görə, AXCP və “Müsavat” rəhbərliyi pulları öz aralarında bölərək imza toplanmasına başqa partiyaları buraxmamışdı. Nəticə isə göz qabağındadır.
Əslində, burada qeyri-adi heç nə yoxdur. Baş qoşduqları bütün işləri əllərinə-üzlərinə bulaşdıran radikalların bu işin öhdəsindən gələcəyini gözləmək sadəlövhlük olardı. Elə onlar özləri də bunun fərqində idilər. Sadəcə, Şurikin Fedyası kimi hər işdə sinələrini qabağa verməklə guya radikalların sırasında özlərinin ən güclü olduğu görüntüsünü yaratmaq və Rüstəm İbrahimbəyovun Cəmil Həsənovun seçki kampaniyası üçün topladığı pulları digərlərinə qismət etməmək üçün hamını bu prosesdən çıxdaş etdilər. Təbii ki, onların bu cür monopolist hərəkətləri qondarma “şura”da toplaşan digər partiyaları narazı saldı. Bəziləri isə ümumiyyətlə, “Milli şura”nın sıralarını tərk etməyə hazırlaşırlar. Belə ki, KXCP imzatoplama kampaniyasından imtina edib, reneqat Namazovun “El” hərəkatı “Milli şura”nın iclaslarını boykot edir, ALP Əvəz Temirxanın ifasında sonunda çoxlu “ş” olan “voobşe” deyir, ermənipərəst kinossenarist İbrahimbəyov isə əvvəllər tez-tez sarıldığı telefonunu yerə qoyub.
“Özü yıxılan ağlamaz” desək də, etiraf etməliyik ki, bunların hamısının reaksiyasını, bu gün keçirdikləri məyusluq hisslərini anlamaq lazımdır. Çünki bir işdir düşüblər, indi də ziyanın yarısından qayıtmaq haqqında düşünürlər. Qoca, ömrünün son döngəsində siyasətə baş vuran İbrahimbəyovun başına gələnləri isə heç cür anlamaq olmur. Bu siyasətbazların onun başına açmadıqları oyun qalmadı. Onun pullarını, paralarını havaya sovurdular, hər gün bir bəhanə ilə, rubllarının, dollarının arxasına keçdilər, amma bu kinoçıxaran hər şeyə kino məntiqi ilə yanaşaraq, bir batdığı yerə dönüb-dönüb 10 dəfə batır. İndi də Məşədi İbad kimi, başlayıb, sorğu sual etməyə ki, bəs mənim 500 minim hara getdi, 200 minimin taleyi necə oldu? “Bayraq pulu”, “Mitinq pulu”, “Nisyə dəftəri” deyə-deyə Kremlin qarşısında hay-həşir salıb. Amma bu çırpınışlar üçün çox gecdir. O, əvvəlcədən bilməli idi ki, bunlara salam verənin ən yaxşı halda bir barmağı əksik gəlir. “O olmasın, bu olsun”dan söz düşmüşkən, məlumata görə, bu pulun qeyri-bərabər bölüşdürülməsi reneqatı da abbası davasına salıb. O da, qonum-qonşuya, qohum-əqrəbaya şikayət edirmiş ki, “Rüstəmin 500 mini cəhənnəm, mənim bir abbasım hara getdi”?.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

