Zahid Orucla bağlı məsələnin komandadaxili qarşıdurma kimi qiymətləndirilməsi tam uydurmadır
17.08.2013 [13:38]
“Hakimiyyət daxilində çat var” deyən adamlar 20 ildir ki, bu çat ümidi ilə yaşayırlar və 20 ildir ki, hakimiyyət komandası daxilindəki qarşıdurmadan, müxtəlif problemlərdən yazaraq, bunu arzulayırlar”. Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı sosial şəbəkələrdə və müxalifət mətbuatında deputat Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsinin hakimiyyət daxilində çat baş verməsi kimi dəyərləndirilməsinə münasibətini bildirərkən dilə gətirib.
“Amma bunlar sadəcə, arzulaya bilərlər” - deyən M.Qurbanlının sözlərinə görə, reallıq isə bundan ibarətdir ki, Prezident İlham Əliyevin komandasında komandadaxili hansısa bir problem yoxdur: “Komanda nədir? Komanda müəyyən konsepsiyaya söykənən siyasət və onun həyata keçirilməsidir. Komanda həmin siyasəti həyata keçirən komandanın seçdiyi strateji xəttə ardıcıl əməl etmək deməkdir. Dünyanın hər yerində də belədir. Əgər kimsə həmin strateji xətti həyata keçirən liderin siyasəti ilə razı olmursa, istefaya gedir. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlara söykənir və bu siyasətin reallaşmasında iştirak edən şəxslər aşağıdan yuxarıya qədər bu siyasəti qəbul edib, onu reallaşdıran şəxslərdir. Ona görə də komandada çat, qarşıdurma və sair kimi anlayışların hamısı radikalların uydurmasıdır”.
M.Qurbanlı onu da deyib ki, zaman-zaman dövlət idarəçiliyində kadr dəyişiklikləri olur, olmalıdır, amma əsas xətdir, bu xətt isə dəyişməz olaraq qalır: “Yeni Azərbaycan Partiyası deputat sayının tərkibinə görə parlamentdə olan partiyalardan birincisidir. Parlamentdə digər partiyalar da var. Amma bu partiyaların bəziləri Yeni Azərbaycan Partiyası ilə həmrəyliyini müxtəlif istiqamətlərdə nümayiş etdirir. Bu da təbii hadisədir. Siyasi bir partiyanın başqa xətlə getməsi mümkündür, amma bəzi məqamlarda üst-üstə düşən siyasətin həyata keçirildiyi də mümkündür. Ona görə parlamentdə Yeni Azərbaycan Partiyası ilə həmrəy olan, Prezident İlham Əliyevin siyasətini müdafiə edən partiyalardan biri də Ana Vətən Partiyasıdır. Ana Vətən Partiyası da qurultay keçirərək, prezidentliyə namizəd kimi Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi müdafiə etdiyini bəyan edib. Rəsmi qaydada isə bütövlükdə Mərkəzi Seçki Komissiyasında cənab İlham Əliyev rəsmən Yeni Azərbaycan Partiyasının namizədidir. Amma digər ictimai qurumlar, siyasi partiyalar namizədin müdafiəsi istiqamətində qərarlar qəbul edə bilər və ediblər də...”
Millət vəkilinin dediyinə görə, Ana Vətən Partiyasının (AVP) digər bir üzvünün, millət vəkili Z.Orucun öz təşkilatından fərqli qərar qəbul etməsi, öz namizədliyini irəli sürməsi də onlara aid olan məsələ deyil: “Mətbuatda da qeyd etdiyim kimi, bu, Zahid Orucun şəxsi təşəbbüsüdür və biz də onu normal qarşılayırıq. Bu məsələyə qarışa bilmərik. Bu məsələ Zahid Orucla AVP arasında çözülməlidir və mətbuatdan bəlli olduğu kimi, artıq həll edilib. Yəni, Zahid Oruc AVP sıralarından çıxarılıb. Ona görə bir daha əvvəlki fikirlərimə qayıdaraq qeyd edirəm ki, radikalların bu məsələni hakimiyyət, komandadaxili çat, qarşıdurma kimi qiymətləndirməsi əsassız və uydurmadır”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33

