/ / Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb
03.08.2013 [09:24]
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 2-də başa çatıb.
AzərTAc xəbər verir ki, kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilib.
Kurslarda MSK katibliyinin müdiri Rövzət Qasımov “Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu” mövzusunda çıxış edib. Bildirilib ki, son anadək növbədə durmuş seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır. O deyib: “Səslərin sayılması prosesi zamanı hər hansı fasiləyə yol vermək olmaz. Bu proses fasiləsiz davam etdirilməlidir. Çünki səslərin sayılması zamanı fasiləyə çıxmaq qanunla yolverilməzdir”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışıb. Qeyd edib ki, seçki hüququ dövlətin öhdəlikləri, dövlətdə hüququn təminatı modeli isə birbaşa vətəndaş hüquqları ilə bağlıdır. Bununla yanaşı, dövlət öz üzərinə pozitiv öhdəliklər də götürür. Dövlət fəal və passiv seçki hüququ üçün şərait yaratmalıdır.
Avropadakı seçki hüququ sistemləri ilə Azərbaycandakı mövcud sistemi müqayisə edən Ceyhun Qaracayev seçkilərlə bağlı standartları müəyyənləşdirən beynəlxalq Konvensiyaya, eləcə də Avropa Şurasının Venesiya Komissiyasının tövsiyə və tələblərinə də toxunub. O deyib: “Seçki hüququ məhdudlaşdırıla bilər. Venesiya Komissiyasının rəyinə görə, kvotaların müəyyən olunması hüquq pozuntusu kimi qəbul edilməməlidir. Məsələn, anlaqsız şəxslər, məhkumlar üçün hansısa məhdudiyyətlər qoyula bilər”.
Yekun nitqi ilə çıxış edən MSK-nın sədri Məzahir Pənahov qarşıdan gələn prezident seçkilərində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında danışıb. Diqqətə çatdırıb ki, Avropanın bir hissəsi olan Azərbaycan prezident seçkilərini beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirməlidir. Dairə seçki komissiyaları seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var. Kurslar yekunlaşdıqdan sonra da beynəlxalq qurumlarla birgə dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məzahir Pənahov vurğulayıb ki, seçki prosesində müşahidəçilərə vəzifələrini yerinə yetirmələrinə məhdudiyyət yaradıla bilməz. Heç kimə ixtiyar verilmir ki, seçki komissiyasının fəaliyyətinə maneə yaratsın.
MSK sədri bildirib ki, qanunvericiliyin tələblərinə və müşahidəçilərin istəyinə uyğun olaraq informasiya təminatı zəruridir. Komissiyaların ixtiyarı yoxdur ki, Seçki Məcəlləsinin tələblərindən kənara çıxsınlar. Seçki prosesinin aparılmasına qarşı atılan addımların qarşısı qanun çərçivəsində alınmalıdır.
Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməli olduğunu vurğulayan Məzahir Pənahov, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarının maarifləndirilməsi istiqamətində zəruri işlər görmələrini tələb edib. O deyib: “Seçki Məcəlləsinin tələbləri yerinə yetirilməlidir. Biz buna nail olsaq, öhdəliyimizi həyata keçirməklə yanaşı, dövlətimizin gələcəyinə də xidmət etmiş olarıq. Milyonlarla insanın iştirak etdiyi seçkiləri ideal keçirmək mümkün deyildir. Sadəcə seçkilərdəki mənfi halları minimuma endirmək lazımdır”.
MSK sədri qeyd edib ki, ölkədəki demokratik mühit seçkilərin normal keçirilməsinə imkan verir. Bu cür şəraitin qarşılığında vəzifəmizi yerinə yetirməməyimiz qəbul oluna bilməz. Azərbaycanda 5 milyona yaxın vətəndaş prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcək. Məntəqələr üzrə əvvəlki illərə nisbətən səs verəcək insanların sayı 1500-dək artıb.
Sonra dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilib.
Avqustun 3-4-də dairə seçki komissiyalarının sədrləri üçün mədəni tədbirlər keçiriləcək.
Regionlarda dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 5-dən 7-dək keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

