Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycanın inkişafı gələcəkdə daha böyük vüsət alacaq

Azərbaycanın inkişafı gələcəkdə daha böyük vüsət alacaq

01.08.2013 [09:41]

Müasir, inkişaf edən Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dayanır
Məlum olduğu kimi, Azərbaycan son illər sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 22 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, inzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu model Azərbaycanın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsində də özünü təcəssüm etdirir. Təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində uğurlarımız davamlı xarakter daşıyır və yeni-yeni nailiyyətlər qazanılır. Eyni zamanda, bu siyasət əhlinin rifahının yüksəlməsində özünü ifadə etməkdədir.
Azərbaycanda aparılan davamlı sosial islahatlar, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət təkcə ölkə daxilində iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə deyil, eləcə də, bölgədə sabitliyin qorunmasını şərtləndirib. Bu gün Azərbaycan regionun dinamik inkişaf edən dövlətinə çevrilib. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafının təzahürüdür. Azərbaycanın yüksək artım tempini qoruyub saxlaması isə heç şübhəsiz ölkədə həyata keçirilən davamlı iqtisadi, sosial siyasətin nəticəsidir. Təbiidir ki, Azərbaycan vətəndaşı bu uğurların müəllifinin Prezident İlham Əliyev olduğunu bilir və dövlətimizin başçısına böyük ictimai dəstək mövcuddur.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Məhz bu amil qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin qələbəsini şərtləndirir. Əli Əhmədovun sözlərinə görə, hər bir vətəndaş Prezident İlham Əliyevə münasibətini formalaşdırarkən Azərbaycanda sabitlik, əmin-amanlıq, dinclik kimi çox əhəmiyyətli amillər də göz önünə gəlir: “Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsi bütün parametrlər üzrə yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi olacaq, yenə əmin-amanlıq, sabitlik olacaq və daha da güclənəcək. İqtisadi inkişaf nəticəsində insanların rifahı daha da yaxşılaşacaq. Yenə də, Azərbaycanın modernləşməsi xətti uğurla həyata keçiriləcək, ölkəmiz daha da gözəlləşəcək, simasını dəyişəcək və hər bir insan üçün yaşamaq daha rahat olacaq. İnsanlar dərk edir və inanır ki, bütün bu dəyərlər Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır. Bütün bunlardan çıxış edərək YAP olaraq biz də hesab edirik ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər. Bu, hər bir vətəndaşın, hər bir ailənin maraqlarına uyğundur”.
“Ötən 10 ilin nailiyyətlərinin, təcrübəsinin qiymətləndirilməsi qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün əsas rol oynayır” deyən Əli Əhmədov, eyni zamanda, əlavə edib ki, hər bir vətəndaş, o cümlədən, rasional düşünən Azərbaycan vətəndaşı qarşıdan gələn prezident seçkilərində öz namizədini müəyyənləşdirməklə əlaqədar düşüncələrində təbiidir ki, gələcəkdə nələrin baş verəcəyini, perspektivlərin nədən ibarət olacağını da düşünür: “Güman edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı düşünür ki, növbəti 5 ildə də Azərbaycanın inkişafını təmin edə biləcək, ən azından bu 10 il ərzində bizim hamımızın gözlərimizin qarşısında baş verən inkişafı və yüksəlişi təmin edə biləcək bir şəxs, siyasətçi varsa, o da İlham Əliyevdir. Hər bir Azərbaycan vətəndaşı birmənalı şəkildə dərk edir ki, bütün parametrlərə görə, həm daxili inkişafın təmin edilməsi, həm Azərbaycanın bir dövlət olaraq gücünün, qüdrətinin bundan sonra da artırılması, Azərbaycanda dünya birliyində mövqelərinin möhkəmləndirilməsi kimi çox vacib olan vəzifələrin həyata keçirilməsi İlham Əliyevlə bağlıdır. Bizim bütün təhlillərimiz, araşdırmalarımız, ictimai rəyin və ictimai ovqatın dəyərləndirilməsi bu fikri birmənalı şəkildə təsdiqləyir ki, xalqımızın, seçicilərin əksəriyyəti İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Və eyni zamanda, İlham Əliyevin namizədliyinin dəstəklənməsi onların özlərinin maraqlarına uyğun olan bir reallıq kimi qavranılır”.
Qeyd olunduğu kimi, respublika rəhbərliyinin həyata keçirdiyi fəal daxili və xarici siyasət uğurlu nəticələr verir. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir.
Təbii ki, sadaladığımız faktlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Şübhəsiz, dövlətimizin milli maraqlarımızı yüksək səviyyədə qoruması və təmin etməsi xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu mənada növbəti prezident seçkilərində cənab İlham Əliyevin xalqın namizədi kimi iştirak etməsi və qələbə qazanması təbii qanunauyğunluqdur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1798 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31