/ / Binəqədi rayonunun gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
Binəqədi rayonunun gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
31.07.2013 [09:34]
Əli Həsənov: Bu gün gənclər tərəfindən cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi bizdə gələcəyə inam, ümid yaradır
İyul ayının 30-da “Gənclər üçün Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Binəqədi gənclərinin ictimai fəallığı” mövzusunda konfrans keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, həmçinin, rayonun fəal gəncləri, eyni zamanda, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş rayonun orta məktəb məzunları və xaricdə təhsil alan tələbələr qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsinin önünə gül dəstələri qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan “Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə tədbirin keçirilməsinin əsas məqsədi ilə bağlı ümumi məlumat verib. Daha sonra tədbir ictimai fəallığı və təhsildəki nailiyyətləri ilə seçilən rayon gənclərinin çıxışı ilə davam edib. “Təkan tələbə - gənclər” ictimai birliyinin sədri Leyla Kərimova “Azərbaycanda gənclər siyasəti və gənclərin ictimai fəallığı”, dövlət xətti ilə Rumıniyada təhsil alan tələbə Cavid Qarayev “Azərbaycanda insan kapitalının inkişafı və gənclər”, gənc psixoloq Fuad Bayramov “Azərbaycançılıq ideologiyası və gənclər” mövzusunda çıxış ediblər. Həmçinin, qəbul imtahanlarında I qrup üzrə ən yüksək nəticə göstərərək 695 bal toplamış Sevinc Qafarlı bu il keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənc kimi təhsilə dövlət qayğısından danışaraq, bu qayğının gənclərin yeni-yeni uğurlar qazanması üçün stimul yaratdığını vurğulayıb.
Bu çıxışların ardınca gənc fəal Rəvanə Abdullayeva Binəqədi gəncləri adından qarşıdan gələn prezident seçkilərində Azərbaycanda sabitlik və inkişafın qarantı olan, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatı səsləndirib. Bəyanat aşağıdakı sözlərlə tamamlanır: “Azərbaycan gənclərinin tam əksəriyyəti kimi, Binəqədi gəncliyi də cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müdafiə edir. Bu siyasət Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş edən siyasətdir. Bütün bu səbəblərdən Binəqədi rayon gəncləri olaraq biz, ölkəmizdə 2013- cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizi fəxrlə bəyan edirik”.
Konfransın yekununda qonaqlar çıxış edərək gənclərin fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər. Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Binəqədi gənclərinin aktivliyini yüksək qiymətləndirib. Dövlətin həyata keçirdiyi gənclər siyasətindən danışan nazir müavini bu siyasət nəticəsində atılan addımları gənclərin diqqətinə çatdırıb.
Çıxışında, eyni zamanda, ölkəmizə qarşı çirkin planlar reallaşdırmaq istəyənlərin arzularının puç olacağını deyən, nazir müavini bu cür məkrli qüvvələrə layiqli cavab verən Azərbaycan gəncliyinin ölkəmizin sabahı naminə ayıq-sayıq olduğunu bildirib: “Ölkəmiz gənclər ölkəsidir. Təxminən 3 milyona yaxın gəncimiz var. Bu gün gənclərimiz bütün sahələrdə dövlətimizi layiqincə təmsil edirlər. Bu gün Azərbaycan gəncinin böyük potensialı var. Bu gün ölkədə qəbul olunan və ayrı-ayrı sahələri əhatə edən müxtəlif dövlət proqramlarına baxsanız, orada gənclərlə bağlı ayrıca maddələrin, ayrıca bəndin olduğunu görəcəksiniz. Bu, o deməkdir ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclər siyasəti prioritet məqamlardan biridir. Bu gün Azərbaycan gənci bunu düzgün dərk edir və onun üçün yaradılan şəraitdən maksimum şəkildə yararlanmağa çalışır”.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclərin ictimai fəallığının xüsusi önəm daşıdığını bildirib. X.İsgəndərov gənclərin fəallığını, onlara bütün sahələrdə yer verilməsini, gənclərin aktivliyini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqətdə saxladığını önə çəkərək, dövlət başçısının görüşlər zamanı bununla bağlı tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.
Gənclər qarşısında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov öncə deyib ki, ölkənin hər yerində olduğu kimi, Bakının Binəqədi rayonunda da geniş quruculuq-abadlıq işləri görülüb. Şöbə müdiri bu rayonda görülən işlərin paytaxtımıza xüsusi yaraşıq verdiyini də bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son bir il ərzində dövlət başçısı İlham Əliyevin rayona 5 dəfə səfər etməsini də qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin səfərləri Binəqədi rayonuna verdiyi önəmin göstəricisidir. Bu isə rayon gənclərinin ölkənin ictimai-siyasi həyatındakı fəallığına, onların inkişafına böyük stimul yaradır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bütün sahələrdə uğurların əldə olunduğunu qeyd edən Əli Həsənov həmin uğurlardan gənclərə də pay düşdüyünü bildirib: “Siz gənclər bütövlükdə müstəqil Azərbaycanımızın yaşıdlarısınız və dövlətimizin həyatında yaranan iqtisadi, siyasi, sosial, mənəvi nə varsa, hamısı sizə aiddir. Onları qorumağı özünüzə borc bilin. Hər bir insan ən yaxşı nəyi qoruyur? Əlbəttə ki, ona məxsus olan əmlakı, ona məxsus olan dəyərləri, həmçinin, ona məxsus olan geyimləri qoruyur. Bax, siz gənclər özünüzə məxsus olan əşyaları, özünüzə məxsus olan dəyərləri qoruduğunuz kimi, bu dövləti qorumağı bacarsanız, Azərbaycan dövlətinin gələcəyi var və dövlətimiz bundan da yaxşı yaşayacaq. Yox, əgər siz ətrafınızda baş verənlərə, dövlətimizə uzanan əllərə, dövlətimizə qarşı tuşlanan təzyiqlərə, təhdidlərə biganə qalsanız, “mənə aidiyyəti yoxdu” düşüncəsi ilə yaşasanız, bu dövləti qoruya bilməyəcəksiniz. Ümummilli liderimiz Heydər Əliyevin bir tövsiyəsini də sizə çatdırmaq istəyirəm. Ulu öndər deyərdi ki, hətta sizə məxsus olanı qorumaq üçün də belə müəyyən qabiliyyətə malik olmalısan, müəyyən dəyərlərin daşıyıcısı olmalısan, müəyyən biliklərə malik olmalısan. Müəyyən fiziki, mənəvi qabiliyyətlərə malik olmalısan”.
Gənclərə dövləti qorumaq üçün fəal və rəqabətədavamlı, qabiliyyətli olmağı tövsiyə edən Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri “ona görə də, siz təkcə ailənizdə aldığınız tərbiyə, məktəbdə aldığınız təhsil, ətrafınızdakı insanlardan öyrəndiyiniz bu və ya digər dəyərlərlə kifayətlənməyin. İnternetin imkanlarından istifadə edin, dünyada mövcud olan bütün dəyərlərə yiyələnin ki, sabah sizin hər biriniz Azərbaycanı xarici ölkələrdə lazımi şəkildə təmsil edə biləsiniz. Sizin hər biriniz özünüzü bir səfir, bir diplomat sayın, hər biriniz özünüzü bir icra başçısının, bir məmurun, bir nazirin yerində görün” deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasətinin təməlində insan dayanır: “Cənab Prezident bütün müşavirələrdə onu söyləyir ki, bizim bütün siyasətimiz əsasında Azərbaycan vətəndaşı, onun maraqları durur. Azərbaycan vətəndaşının iqtisadi, siyasi, sosial, mənəvi maraqlarının təmin olunması bizim bütün fəaliyyətimizi şərtləndirir, dövlət proqramlarının, məmurların fəaliyyətinin əsasında dayanır. Həmçinin, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman siyasətimizin əsasında dayanır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə təməlini qoyduğu gənclər siyasətinin əsas hədəfi o idi ki, Azərbaycanın bütün potensialı gəncliyin fəaliyyətinə, gəncliyin imkanlarının genişlənməsinə, gəncliyin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət etsin. Ümummilli liderimiz söyləyirdi ki, o millətlər, o xalqlar ki, gəncliyinin, gələcək nəsillərin qayğısına qalır, onun gələcəyi var. Gələcəyi yalnız o vaxt təmin etmək olar ki, özünlə, dövlətinlə, millətinlə bağlı bütün məsələlərdə yeni nəsli nəzərə alasan. Yeni nəsil indiki nəsildən daha qabiliyyətli olmalıdır. Çünki dünyanın inkişafı bunu tələb edir”.
Çıxışında Prezident İlham Əliyevin gənclərə böyük diqqət ayırdığını, müxtəlif proqramlar çərçivəsində gənclərlə bağlı layihələrə lazımi qədər maliyyə ayrıldığını deyən şöbə müdiri onu da əlavə edib ki, hakimiyyətin opponentləri bu diqqəti tənqidlə qarşılayırlar: “Bəzən bizim opponentlərimiz tənqid edirlər ki, Prezident İlham Əliyev gənclərə çox diqqət ayırır, gənclərlə bağlı proqramlara çox pul ayrırır, gənclərlə bağlı çoxsaylı dövlət proqramları qəbul edir, idman qurğularının tikilməsinə çox pul ayırır. Təsəvvürünüzə gətirin ki, bunu prezidentliyə iddialı insanlar deyir. Özünü gənclərin qayğısını çəkən kimi təqdim etmək istəyən insanlar deyir ki, bu qədər rayonda idman sağlamlıq mərkəzləri nəyə lazımdı? Baxın, gör nəyi dövlət başçısına irad tuturlar?”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri əlavə edib ki, bütün bu sadalananlar, həyata keçirilən siyasət gənclərin Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsini əsaslandırır: “Bu gün gənclər tərəfindən cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi bizdə gələcəyə inam, ümid yaradır. Gənclər tərəfindən dəstəklənən siyasətçi xoşbəxtdir. Gənclər tərəfindən dəstəklənən siyasətçi Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütün təbəqələri tərəfindən dəstəklənəcək. Hər şey gənclərin iradəsindən asılıdır. Mən bu seçiminizə görə sizə təşəkkür edirəm. Hesab edirəm ki, sizin bu seçiminiz bütöv Azərbaycan gəncinin seçimidir. Hesab edirəm ki, Binəqədi rayonunun gənclərinin göstərdiyi bu nümunə bundan sonra Azərbaycanın digər rayonlarındakı dövlətimizə, millətimizə bağlı, sağlam, əqidəli, mənəviyyatca zəngin, düşüncəli və qabiliyyətli gənclərimizin hamısının nümunəsində reallaşacaqdı”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58

