Siyasət biznes deyil, yaxud vətənpərvərliyin də yalançısı olur
08.11.2012 [01:09]
Söyün Sadıqovu azərbaycanlıların taleyi belə ciddi şəkildə maraqlandırırsa, niyə öz doğulduğu ölkədə son dövrlər azərbaycanlılara qarşı olunan təzyiqlərə göz yumur?
Bu gün xaricdə yaşayan soydaşlarımızın təşkilatlanma prosesinin sürətlənməsi, icmaların fəaliyyətini koordinasiya edən yeni-yeni qurumların yaradılması, həmçinin, digər xalqların diasporları ilə əlaqələrin gücləndirilməsi diasporamızın qarşısında duran mühüm vəzifələr sırasındadır və bu vəzifənin öhdəsindən Azərbaycan diasporu layiqincə gəlir. Son illərdə lobbi quruculuğu istiqamətində əldə edilmiş uğurlar Azərbaycan diasporunun qarşıya qoyulan məqsədlərə doğru inamla addımladığını, qürurverici inkişaf yolu keçdiyini söyləməyə əsas verir. Aparılmış məqsədyönlü işlər nəticəsində son bir neçə ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da yüzlərlə yeni Azərbaycan icmaları yaradılıb. Yeni Azərbaycan icma və biliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir. Bu isə ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin üzləşdiyi problemlərin dünyanın mötəbər tribunalarından səsləndirilməsinə əlverişli imkan yaradır.
Təbii ki, harada yaşamasından və hansı işlə məşğul olmasından asılı olmayaraq, hər bir azərbaycanlının başlıca məqsədi, Azərbaycanın dövlət və milli maraqlarını qorumaq, milli mənafeyimizə xidmət etmək, yaşadığı ölkədə Azərbaycan həqiqətlərini tanıtmaq və ölkəmizi ən yüksək şəkildə təmsil etməkdən ibarət olmalıdır. Bu mənada diaspor üzvlərimizin birgə fəaliyyəti, onların işinin koordinasiya olunması ümumi məqsədlərə çatmaq baxımından daha effektiv nəticələr verə bilər. Çox təəssüf ki, bəzi hallarda azərbaycançılıq fəlsəfəsini mənimsəməyən, milli mənafedən xəbərsiz olan insanlar öz fəaliyyətləri ilə milli maraqların gerçəkləşdirilməsi yönündə atılmış addımlara xələl gətirirlər. Onlar yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ etmək əvəzinə, ölkəmizdəki siyasi proseslərə yersiz müdaxilə etməyə cəhd göstərərək, həm də naşı olduqları bir sahədə öz güclərini sınamaq istəyirlər. Bu, bir növ üzməyi bilməyən birisinin üzmək həvəsi ilə böyük dəryaya baş vurub, çabalaması effektini yaradır.
Belə şəxslərdən biri də, Rusiyada yaşayan azərbaycanlı biznesmen Söyün Sadıqovdur. O, müxtəlif vaxtlarda ölkəmizdə baş verən siyasi proseslərə qeyri-adekvat münasibət bildirərək, şəxsi mülahizələrini obyektiv həqiqət kimi ictimaiyyətə təqdim etməyə çalışıb. Söyün Sadıqov yalan üstündə köklənmiş və müəyyən maraqlara xidmət edən bu fikirlərini guya vətənpərvər bir insanın qənaəti kimi göstərmək istəsə də, bu, onda alınmır. Çünki tərcümeyi-halı və vaxtilə mətbuatda işıqlandırılmış başqa fikirləri S.Sadıqovun yalançı millətçi obrazının ştrixləri ilə uzlaşmır. Belə olan halda, S.Sadıqovun bu gün bir sıra müxalifət qəzetlərində yer alan qeyri-obyektiv fikirlərinin Azərbaycan xalqına sevgisindən və vətənpərvər mövqeyindən irəli gəldiyini iddia etməsi ikrah doğurmaya bilməz.
İkinci bir tərəfdən, əgər Söyün Sadıqovu azərbaycanlıların taleyi belə ciddi şəkildə maraqlandırırsa, niyə öz doğulduğu ölkədə - Gürcüstanda son dövrlər azərbaycanlılara qarşı olunan təzyiqlərə göz yumur, səsini çıxarmır? Bildiyimiz kimi, hazırda Gürcüstanda dəyişən ictimai-siyasi şərtlər fonunda azərbaycanlılara qarşı təzyiqlər artmaqdadır. Son bir neçə gün ərzində neçə-neçə azərbaycanlı ailəsinə hücumlar olunub, xəsarət yetirilib. Maraqlıdır, S.Sadıqov öz doğma həmyerlilərinin üzləşdiyi bu təhlükəli vəziyyətlə bağlı hər hansı bir addımı atmaq barədə düşünürmü? Yaxud da, Söyün Sadıqov Rusiyanın hakim dairələri ilə yaxşı münasibətləri olduğunu və ölkədə müəyyən çəkiyə malik olduğunu söyləyir. Onda niyə bu əlaqələrindən istifadə edib Gürcüstan ərazisindən Ermənistana yeni çəkiləcəyi söylənilən dəmir yolu xəttinin inşasına mane olmaq istəmir? İnandırıcı deyil ki, S.Sadıqov Ermənistanın blokadada saxlanmasının Azərbaycan dövlətinin illərdir məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət doktrinasının mühüm elementlərindən biri olduğunu və Ermənistanı bu şəraitdən çıxaracaq istənilən addımın da milli maraqlarımıza zidd olduğunu bilməsin. Demək ki, S.Sadıqovu özünün pafosla ifadə etdiyi kimi, Azərbaycanın milli maraqları deyil, cibində pasportunu daşıdığı ölkədə mövcud olan bəzi anti-Azərbaycançı mərkəzlərin maraqları və bu ölkədən əldə etdiyi və edəcəyi imtiyazlar daha çox düşündürür. Ona görə də, özünün qeyri-obyektiv fikirlərinin önünə vətənpərvər, Azərbaycanı sevən, fədakar insanın mövqeyi kimi təşbehlər heç yerinə düşmür.
Nəhayət, bizim xalqımızın çox gözəl bir deyimi var. Hər daş öz yerində ağırdır. Hər kəs də bacardığı, əlindən gələn işin ətəyindən yapışsa, bundan həm onun özü, həm də ətrafı daha çox fayda götürər. Söyün Sadıqov da cəmiyyətə özünü məhz biznesmen kimi qəbul etdirib. İndi birdən - birə ona heç bir aidiyyatı olmayan, özünə yad bir sahəyə transfer olmaqdansa, özünü təsdiq etdiyi sahədə uğurlarını artırması daha yaxşıdır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28

