COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir
03.11.2024 [19:26]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un başlamasına bir həftə qalmış nüfuzlu beynəlxalq təşkilatların diqqəti bu mühüm tədbirə yönəlib.
AZƏRTAC xəbər verir ki, Avropa Regionlar Komitəsi, BMT Fondu və Yaşıl İqlim Fondu kimi beynəlxalq qurumlar sosial media platformalarında COP29-un əhəmiyyətini vurğulayan paylaşımlar edərək, konfransın iqlim dəyişikliyi ilə qlobal mübarizə üçün önəmli bir platforma olduğunu qeyd ediblər.
Avropa Regionlar Komitəsinin üzvü Andries Grifroy COP29 konfransında regionlar və şəhərlərin rolunun vacibliyini vurğulayıb. O, iqlim danışıqlarında yerli və regional iştirakın əhəmiyyətini belə ifadə edib: “Biz, Avropa Regionlar Komitəsinin üzvləri olaraq, COP29 konfransında Yaşıl Sazişi gücləndirməyi planlaşdırırıq. Lakin bu, yalnız azaldılma (mitiqasiya) tədbirləri ilə məhdudlaşmamalıdır; uyğunlaşma (adaptasiya) tədbirləri də prioritet olaraq nəzərə alınmalıdır. Ümid edirəm ki, COP29-da qlobal Yaşıl Sazişdə yerli və regional rolumuzu daha da vurğulaya biləcəyik”.
BMT Fondu isə iqlim dəyişikliyinin təsirlərinin cəmiyyətləri uyğunlaşmağa məcbur etdiyini və mövcud maliyyələşmənin bu ehtiyacları qarşılamaqda yetərli olmadığını bildirir. Fondun mütəxəssisləri COP29-u dünya liderlərinin uyğunlaşma maliyyəsini artırmaq üçün mühüm bir fürsət olaraq görürlər. Onların fikrincə, bu konfrans iqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələr üçün tələb olunan maliyyənin təmin edilməsi baxımından dünya liderlərinin qarşısında duran ilk böyük imkanlardan biridir.
Yaşıl İqlim Fondu da COP29 öncəsi açıqlamalarında Paris Sazişi məqsədlərinə nail olmaq üçün davamlı sərmayələr qoyduğunu və iqlim maliyyələşdirilməsinin əsas platformalarından biri kimi çıxış etdiyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanan Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən hər bir iqlim layihəsi hər kəs üçün davamlı və yaşana bilən bir planet yaratmağa yönəlib. Fond bu baxımdan COP29 konfransını əhəmiyyətli bir fürsət kimi dəyərləndirir.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

