Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik
15.10.2026 [16:29]
Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə məhdud və geniş tərkibdə görüşlər keçirdi, mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı üçün mövcud imkanlar geniş təhlil edildi. Cənab İlham Əliyev bildirdi ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik: “Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq”.
Laos Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi diqqətdə oldu. İqtisadi-ticari əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının araşdırılması, nəqliyyat-logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi hər iki dövlətin maraqlarına uyğundur. Bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Cənab İlham Əliyev bu çağırışı etdi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verildi. O da qeyd edildi ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Nəqliyyat və logistika sahəsi Azərbaycan-Laos əməkdaşlığının perspektivli istiqamətlərindən biridir. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq: “Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və ölkəmizdə formalaşdırılmış müasir nəqliyyat-logistika infrastrukturu Şərq-Qərb istiqamətində yükdaşımaların inkişafı üçün mühüm imkanlar yaradır. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı isə gələcəkdə yeni marşrutların formalaşdırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, nəqliyyat dəhlizləri və logistika imkanları üzrə təcrübə mübadiləsi, tranzit daşımaların təşkili və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya sahəsində əməkdaşlıq üçün perspektivlər mövcuddur.
Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatında diqqəti səfər çərçivəsində iki ölkə arasında qəbul edilən Bəyanata yönəldərək vurğuladı ki, sənəd çox hərtərəfli idi və ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini və əməkdaşlığı genişləndirmək, gələcəkdə daha da çox sahələri əhatə etmək üçün bu gün burada keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə etdiklərimizin hamısını əhatə etdi. Ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir. Bunlar ənənəvi əlaqələrə əsaslanır: “Çünki vaxtilə biz sabiq Prezidentiniz Heydər Əliyevi ölkəmizdə qəbul etmişdik. O vaxt Heydər Əliyev Laosa SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini və Siyasi Büronun üzvü qismində səfər etmişdi. O, 1986-cı ildə partiyamızın dördüncü qurultayında iştirak etmişdi. Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayında möhtəşəm çıxışı və bəyanatı ilə Laos xalqına çox yaxşı təsir bağışlaması haqqında bizim çox xoş xatirələrimiz var. Bu gün mən bizim xalqımızla yaxşı münasibətlərin təməlini qoyan Prezidentin oğlu, Zati-aliləri Prezident İlham Əliyevə bir daha səmimi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmin ənənəvi əlaqələrin davamçısıdır. Prezident Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti Laosun Baş nazirinin müavini və xarici işləri naziri Tonqsavan Fomfihan ilə üzbəüz əyləşmişdir. O da Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. Bu da bizim əlaqələrimizin yüksəldiyini və bugünkü rəsmi səfərimin yaxşı nəticələrini əks etdirir”.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58

