Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir

Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir

15.10.2026 [16:24]

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Həsənov Tacir Elşən oğlunun və Piriyev Raul Zabid oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.

Şəhidlərin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Pirşağı bələdiyyəsinin sədri Qüdrət Əlipənahov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, Tacir Həsənov 2001-ci il aprelin 21-də Ağdam rayonunda anadan olub. 2008-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 311 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olub, 2-ci sinfi isə Pirşağı qəsəbəsi, 10 saylı Sanatoriya tipli internat məktəbində oxuyaraq 9 illik təhsilini orada başa vurub. Tacir Həsənov Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. 2003-2006-cı ildə H.Z.Tağıyev adına Şəmkir rayon Kür qəsəbə tam orta ümumtəhsil məktəbində, 2006-2015-ci illərdə F.Bayramov adına Bakı şəhəri, Sabunçu rayon 22 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alıb. Raul Piriyev Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Azərbaycan Bayrağı" ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31