Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İkitərəfli əlaqələrdə yeni mərhələ

İkitərəfli əlaqələrdə yeni mərhələ

15.10.2026 [12:18]

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfər çərçivəsində keçirilən məhsuldar görüşlərdən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Keçirilən görüşlərdə iki ölkə arasında mövcud olan dostluq münasibətləri, siyasi dialoqun daha da gücləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və gələcək birgə fəaliyyət imkanları geniş şəkildə müzakirə olunub.

       Dövlət başçısı bəyanatında Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirib. İlham Əliyev vurğulayıb ki, qarşılıqlı hörmət, suverenliyə dəstək və həmrəyliyə əsaslanan bu münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı müstəvisində də uğurla davam etdirilir. Yüksək səviyyəli səfərlər və aparılan intensiv danışıqlar iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə böyük təkan verir.

      Bəyanatda xüsusilə iqtisadi-ticarət sahəsindəki mövcud potensiala və gələcək perspektivlərə geniş diqqət çəkilib. Prezident İlham Əliyev qeyd edib ki, yaxın gələcəkdə iki tərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq. Hər iki ölkənin iqtisadi imkanlarının kifayət qədər geniş olduğunu bildirən dövlət başçısı, ticarət dövriyyəsinin artırılması və müxtəlif sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi üçün böyük potensiaın mövcudluğunu diqqətə çatdırıb.

        İqtisadi prioritetlərlə yanaşı, iki ölkə arasında institusional çərçivənin gücləndirilməsi və hüquqi bazanın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Birgə hökumətlərarası komissiyanın yaradılması və işgüzar forumların təşkili tərəfdaşlığın əməli müstəviyə keçməsini sürətləndirəcək. Logistika, kənd təsərrüfatı, "yaşıl enerji" və rəqəmsal texnologiyalar sahələrində təcrübə mübadiləsi hər iki dövlətin maraqlarına tam cavab verir. Bu addımlar strateji əlaqələrin uzunmüddətli və dayanıqlı inkişafı üçün möhkəm bünövrə formalaşdırır.

       Sonda tərəflər təhsil, humanitar, turizm, mədəniyyət və digər strateji sahələrdə də əlaqələrin genişləndirilməsinin vacibliyini bir daha vurğulayıblar. Mətbuata verilən bəyanatlarda ifadə olunduğu kimi, Kambocanın Baş naziri Hun Manetin bu rəsmi səfəri Azərbaycan-Kamboca münasibətlərində yeni bir səhifə açacaq və iki ölkə arasındakı tərəfdaşlığın keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırılmasına xidmət edəcəkdir.

Yusif Abbasov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31