Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

15.10.2026 [12:10]

Fransa Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edəcək növbəti büdcəsinin təsdiqi üçün əhəmiyyətli həcmdə yeni gəlir mənbələrinin yaradılmasını zəruri hesab edir.

AZƏRTAC xəbər verir ki, Fransa prezident administrasiyası bu mövqeyi Brüsseldə keçiriləcək Avropa sammiti ərəfəsində açıqlayıb.

Yelisey sarayının bəyanatına görə, Aİ-nin 2028–2034-cü illər üçün təxminən 2 trilyon avro həcmində nəzərdə tutulan növbəti büdcəsi üzrə əhəmiyyətli həcmdə yeni gəlir mənbələri yaradılmadan razılıq əldə olunmayacaq.

Paris büdcə müzakirələrinin yalnız xərclərin azaldılmasına yönəldilməsini tənqid edərək, daha iddialı büdcənin tərəfdarı olduğunu bildirib. Almaniyanın rəhbərlik etdiyi bir sıra üzv dövlətlər isə xərclərin ixtisarını tələb edirlər.

BFMTV-nin məlumatına görə, Aİ Şurasına sədrlik edən İrlandiya Avropa Komissiyasının ilkin təklifində nəzərdə tutulan vəsaitin 140 milyard avro azaldılmasını təklif edib. İxtisarların əsasən rəqabət qabiliyyətinə və inkişaf yardımına aid olduğu bildirilir. Avropa Komissiyası bu azalmaları əhəmiyyətli hesab edərək narahatlığını ifadə edib, Almaniya isə əlavə qənaət tədbirlərində israrlıdır.

Üzv dövlətlərin yekdil razılığını tələb edən yeddiillik büdcə ilə bağlı danışıqların çətin keçəcəyi gözlənilir.

Müzakirələr Fransada 2027-ci il prezident seçkiləri ərəfəsinə təsadüf edir. “Financial Times” qəzetinə müsahibəsində Marin Lö Pen seçiləcəyi təqdirdə ilk il ərzində Fransanın Aİ-yə maliyyə töhfəsini 11 milyard avro azaltmaq niyyətində olduğunu bildirib. O, növbəti Avropa büdcəsi üzrə razılaşmanın seçkilərdən əvvəl əldə olunmasını da tənqid edib.

Yelisey sarayının mövqeyi Prezident Emmanuel Makronun iyunda irəli sürdüyü təklifləri davam etdirir. Həmin vaxt Fransa Prezidenti milli büdcə töhfələrinin sabitliyini qorumaq və balanslaşdırılmış razılaşmaya nail olmaq üçün Aİ-nin yeni özünəməxsus gəlir mənbələrinə ehtiyac olduğunu vurğulamışdı.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31