Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Onların xoşbəxt gələcəyi üçün…

Onların xoşbəxt gələcəyi üçün…

11.10.2026 [11:41]

Qız uşaqlarının hüquqlarını qorumaq hər birimizin borcudur!

Qız uşaqlarının hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması və cəmiyyətdə bərabər imkanlara sahib olması sağlam gələcəyin əsas şərtlərindəndir. Hər bir qız uşağı öz arzularını gerçəkləşdirmək, sərbəst seçim etmək, fikirlərini ifadə etmək və təhlükəsiz mühitdə böyümək hüququna malikdir. Bununla belə, erkən nikahlar, zorakılıq, gender bərabərsizliyi və təhsil imkanlarının məhdudlaşdırılması kimi problemlər bu sahədə diqqətin daha da artırılmasını zəruri edir.

Hər il oktyabrın 11-də qeyd olunan Beynəlxalq Qızlar Günü də qız uşaqlarının hüquqlarının müdafiəsinə, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə, cəmiyyətdə fəal iştirakının təşviqinə diqqət çəkmək məqsədi daşıyır. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, ailələrin, ictimaiyyətin və cəmiyyətin hər bir üzvünün üzərinə mühüm məsuliyyət düşür.

Tibb üzrə fəlsəfə doktoru, dosent Afət Həsənova Beynəlxalq Qızlar Günü ilə bağlı fikirlərini “Yeniazerbaycan.com”la bölüşərək qız uşaqlarının hüquqlarının qorunmasının, onların inkişafı üçün bərabər imkanların yaradılmasının və erkən nikahlarla zorakılığın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Afət Həsənova qeyd edib ki, qız uşaqlarının hüquqlarının qorunması, onların inkişafı, təhsil və inkişaf imkanlarının genişləndirilməsi bütün dövrlərdə aktual olub:

“Bu gün qızların cəmiyyətdə sağlam şəkildə fəal iştirakı olduqca vacib bir məsələdir. Məhz bu məqsədlə BMT Baş Assambleyası tərəfindən 11 oktyabr Beynəlxalq Qızlar Günü elan edilməsi bütün dünyada qızların hüquqlarının müdafiəsi, onların təhsil, inkişaf və bərabər imkanlara çıxışının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanda qız uşaqlarının üzləşdiyi sosial problemlər, cəmiyyətin və ailələrin bu məsələdə rolu aktuallıq daşıyır.

Əlbəttə, sözügedən istiqamətdə dövlət mütəmadi müxtəlif layihələr həyata keçirir. Xatırladaq ki, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil, uşaqların müdafiəsi, gender bərabərliyinə, sosial qayğı və qadınların cəmiyyətdə imkanlarının genişləndirilməsinə yönəlmiş çoxlu sayda təşəbbüsləri dəstəkləməsi ən gözəl örnəkdir.

Hesab edirəm ki, qeyd olunan məsələlərlə bağlı bütövlükdə cəmiyyətin, ictimaiyyətin üzərinə çox böyük məsuliyyət düşür. Keyfiyyətli və davamlı təhsil, onların səsinin eşidilməsi, öz hüquqlarını bilməsi üçün fasiləsiz maarifləndirmə proqramlarının həyata keçirilməsi hər zaman prioritet olmalıdır”.

A.Həsənovanın sözlərinə görə, cəmiyyətin hər bir üzvü bilməlidir ki, qızların öz fikrini ifadə edən, seçim edə bilən və özünə güvənən şəxs kimi formalaşmasında, erkən nikahların, qızlarımızın zorakılığa məruz qalmasının qarşısının alınmasında məsuliyyət daşıyır:

“Yalnız bütün səylər səfərbər edildiyi zaman qız övladlarımızın təhlükəsiz, xoşbəxt və layiqli gələcəyinin təmin olunmasına nail ola bilərik”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31