Bizimlə bu gün hesablaşmayan sabah peşman olur...
08.10.2026 [08:14]
Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
Biz bu hörməti əməlimizlə, fəaliyyətimizlə, qətiyyətimizlə və imzamızla qazanmışıq
35 illik müstəqillik tarixinə malik Azərbaycan bu gün qlobal siyasi-iqtisadi arenada olduqca mühüm yer tutur. Siyasi xəttimizin əsasında “Sözümüz imzamızdır” qətiyyəti dayanır. Bu qətiyyətlə qısa bir zamanda uzun bir yol keçilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”. Biz bu hörməti əməlimizlə, fəaliyyətimizlə, qətiyyətimizlə və imzamızla qazanmışıq.
86,6 min kv. km. əraziyə, 10 milyon əhaliyə sahib olan Azərbaycan bu gün dünyanın ən mühüm tribunalarında, ən mühüm masalarında regional aktor, bölgənin orta gücü, Avrasiyanın mərkəzində formalaşan bütün layihələrin aparıcı iştirakçısı, sülhün müəllifi kimi tanınır. Dünən bizimlə təzyiq dili ilə danışmaq istəyənlər, bizə şərt irəli sürənlər bu gün açıq şəkildə Azərbaycana ehtiyaclarının olduğunu, bizim şərtlərimizi qəbul etdiklərini deyirlər. Bunun əsasında güc, qüdrət, düzgün siyasət və beynəlxalq situasiyanın düzgün dəyərləndirilməsi dayanır.
Uğurlu xarici siyasət kursu...
Azərbaycan bu gün regional güc mərkəzi kimi qəbul olunur. Bu fikrin təsdiqi 3 xətt üzərindən daha aydın izah edilə bilər. Məsələn, birincisi xarici siyasət kursumuz...
Azərbaycanın xarici siyasət kursu beynəlxalq müstəvidə böyük təqdirlə qarşılanır - səbəb aydın və sadədir. Bakının xarici siyasətinin əsasında qarşılıqlı maraqlar, beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prinsipi dayanır. Bakı çoxtərəfli əlaqələrdə maraqlıdır. Hətta böyük güclərlə əməkdaşlıq məhz bu müstəvidə inkişaf edir. Prezident İlham Əliyev bu barədə bildirib: “Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”.
Ölkəmizin beynəlxalq təşkilatlarda təmsilçiliyini misal gətirək:
- BMT TŞ-nın qeyri-daimi üzvü olub və quruma iki dəfə sədrlik edib;
- Qoşulmama Hərəkatına 4 il rəhbərlik edib.
- Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilib;
- 30 il ərzində D-8 təşkilatına üzv olan yeganə dövlətdir;
- Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var.
Dünyanın supergücləri ilə münasibətləri ən yüksək səviyyədədir - Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurulub. Pekinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi, Vaşinqtonla isə Strateji Xartiya imzalanıb. Bakı dünyanın iki ən böyük supergücü ilə rəsmi tərəfdaşdır, strateji əlaqələrə malikdir. Sadalanan faktlar ölkəmizin beynəlxalq münasibətlərdəki yerinin ən real mənzərəsini göz önünə gətirir...
Regionun iqtisadi mərkəzi...
İqtisadi parametrlərimiz də siyasi parametrlər qədər göz oxşayır. Qlobal iqtisadi məkanda, qlobal kommunikasiyada əhəmiyyətli yer tuturuq. Orta Dəhliz, Şimal-Cənub Dəhlizi, yeni yaranacaq Zəngəzur dəhlizi (TRİPP) kimi beynəlxalq iqtisadi arteriyaların əsas dayaq mərkəzlərindənik. Dünyanın enerji təhlükəsizliyində mühüm rola malikik. Bu gün dünyanın diqqəti Bakıya yönəlib - Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur... Bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər”.
Azərbaycan qlobal iqtisadi münasibətlər sistemində özünəməxsus yer müəyyənləşdirməklə yanaşı, qitələrarası münasibətlər sisteminin tənzimləyici aktorudur. Bu, hər ölkənin əldə edə bilməyəcəyi bir nailiyyətdir.
Sülhün yaradıcısı...
Nəhayət, Azərbaycan həm siyasi, həm də iqtisadi əlaqələrin stabilləşməsi, qeyd olunan qitələrarası münasibətlərin dərinləşməsi üçün yeni təhlükəsizlik arxitekturası quran bir dövlətdir. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri Bakının qarşısında duran 1 nömrəli vəzifənin icrası olmaqla yanaşı, qlobal gündəliyə Cənubi Qafqaz üçün “təhlükəsizliyin təmini” fenomenini formalaşdırıb. Diqqət yetirsək, son 6 ildə müzakirəsi aparılan, layihələndirilən, hətta proqnozlaşdırılan layihələr belə məhz Cənubi Qafqaz üzərindən irəli sürülür. Səbəb birdir - Bakı regional sülh üçün bütün zəruri şəraiti yaradıb, hətta bu sülhün beynəlxalq təsdiqinə belə nail olub. Prezident İlham Əliyev bu barədə bildirib: “Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb... Uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.
Bu təhdid deyil - reallığın ifadəsidir... Bu reallığın arxasında isə güc, milli həmrəylik, ədalət və qətiyyət dayanır.
Azərbaycan sabahın inkişafı, işıqlı gələcək uğrunda mübarizə aparır
Bütün bu sadalananlar Azərbaycanın regional güc mərkəzi kimi formalaşdığının real isbatıdır. Dünən bizə qarşı olanlar bu gün Azərbaycanın yanında yer almaq, təmsil olunmaq üçün can atırlar. Hər kəs görür və anlayır ki, Azərbaycan dünənin qisas düşüncəsi və ya yalnız bu günün reallığı ilə yaşamaq fikrində deyil - Azərbaycan sabahın inkişafı, işıqlı gələcək uğrunda mübarizə aparır. Gücümüz yalnız sabitlik, əməkdaşlıq və inkişaf üçün vasitədir. Bu gün bizimlə hesablaşmayanlar sabah peşman olarlar. Necə ki, olanlar olublar...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

