Dünyada ən az xarici borca malik ölkə
06.10.2026 [12:51]
Prezident: Gələcək nəsillərə biz borc qoymayacağıq
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycanın artan maliyyə gücünə diqqət çəkərək yürüdülən səmərəli iqtisadi siyasət sayəsində xarici borcumuzun azaldığını xatırlatdı. Bəyan edildiyi kimi Azərbaycan xarici borcunu azalda-azalda gedir. “Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək, 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq”.
Dövlət başçısı bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatları da durmadan artır və milli rezervlərimiz 90 milyard dollara çatıb. Ehtiyalar xarici borcumuzdan təxminən 20 dəfə çoxdur.
Xarici borc azalaraq ÜDM-in 6 faizinə düşüb
Cari il avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,5 milyard dollar təşkil edib. Borc 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon dollar və ya 4,1 faiz azalıb. Ümumilikdə, xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bənd aşağı düşüb. Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib. Xarici dövlət borcu portfelinin 35,7 faizi Asiya İnkişaf Bankının, 30 faizi avrobondların, 12,9 faizi Dünya Bankının, 21,4 faizi isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb.
Birinci yarımillikdə dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib.
Dünyada və Cənubi Qafqazada ən az xarici borca malik ölkə
Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2026-ci ilin birinci yarısında 13 milyard dollar olmaqla ÜDM-in 55 faizini təşkil edir. Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 44,6 fazidən yuxarıdır.
Avropa regionunda və Cənubi Qafqaz ölkələri qrupunda borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir.
2026-ci il avqustun 1-nə olan dövrdə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib ki, bu da xarici dövlət borcunun təqribən 18,8 dəfə üstələnməsi deməkdir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5,2 milyard dolar olmaqla borcdan 2,5 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 14 milyard dolar olmaqla təxmini olaraq borcdan xeyli azdır.
Borclanma ilə bağlı təmkinli siyasət yürüdülür
Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borc alma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
2026-2030-cu illərə dair yeni Strategiya
Dövlət borcunun idarə olunmasında beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, “2026-2030-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin layihəsinin hazırlanması işləri davam etdirilir. Proses çərçivəsində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi-institusional çərçivənin təkmilləşdirilməsi nəzərdə tutulur. Strategiya ümumi dövlət borcunun ÜDM-ə nisbətinin məqbul səviyyədə saxlanılması, xarici borcun tənzimlənməsi və fiskal dayanıqlığın gücləndirilməsini hədəfləyir. 2027-ci ildə borcun 4 milyard 833 milyon dollar, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Növbəti ildə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51 faizi 5 ilədək, 49 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir. Növbəti illərdə də təmkinli borc siyasəti üzrə hədəf göstəricilərinin tam nəzarətdə saxlanması planlaşdırılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

