Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasir Azərbaycan dövlətinin qurucusu və banisi

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi

30.09.2026 [11:49]

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqın əbədi sevgisini qazanmış ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycanın ən yeni tarixində müstəsna yer tutur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan rəhbərlərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi, hətta dövlətimizin varlığını ciddi təhlükə altında qoymuşdu. Belə bir həlledici məqamda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Ölkəmizin ən vətənpərvər insanları Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Artıq 1993-cü ilin iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Bakıya gəldi. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində sadəcə prezident seçkisinin keçirildiyi tarix deyil, Ümummilli Lider Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışının rəsmiləşdiyi mühüm mərhələdir. Onun rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun əsasları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaradıldı. Heydər Əliyevin siyasi irsi sonrakı illərdə də ölkənin inkişafında mühüm rol oynadı. Bu gün 3 oktyabr tarixi Azərbaycan xalqının Ümummilli Liderə göstərdiyi etimadın və dövlətçilik yolunda yeni mərhələnin başlanğıcının rəmzi kimi xatırlanır.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31