Aİ təsdiqlədi...
25.09.2026 [09:17]
Ukraynaya 3 milyard avroya yaxın vəsait veriləcək
Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” proqramı üzrə səkkizinci müntəzəm tranş çərçivəsində Ukraynaya təxminən 3 milyard avro, o cümlədən ilk dəfə olaraq Kiyevə dəstək krediti vəsaitlərindən təqribən 800 milyon avro ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin qorunub saxlanmasına, ölkənin bərpasına və modernləşdirilməsinə, dövlət idarəçiliyinin işinə və islahatların həyata keçirilməsinə yönəldiləcək.
Tranşı almaq üçün Ukrayna proqramla nəzərdə tutulmuş 10 hədəf göstəricisini yerinə yetirib. Ümumilikdə Kiyev indiyədək yerinə yetirilməli olan 95 göstəricidən 84-nü və ya təxminən 88 faizini icra edib.
Aİ Şurası Ukraynaya dəstək planına da dəyişiklik edib. Plana Norveçin 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində əvəzsiz könüllü töhfəsi daxil edilib.
Norveç Aİ-yə üzv olmayan ölkələr arasında Ukraynaya dəstək üzrə Ukrayna Planı vasitəsilə yardımı nəzərdə tutan “Ukraine Facility” proqramının ilk komponentinə vəsait ayıran ilk ölkə olub. Böyük Britaniya isə daha əvvəl proqramın ikinci komponenti olan “Ukraine Investment Framework” çərçivəsində 17 milyon avrodan çox vəsait ayırıb.
Yeni tranş köçürüldükdən sonra Ukraynanın 2024-cü ilin ortalarından etibarən “Ukraine Facility” çərçivəsində aldığı vəsaitin ümumi həcmi 32 milyard avronu ötəcək.
Həcmi 50 milyard avrodan çox olan “Ukraine Facility” proqramı 2027-ci ilə qədər nəzərdə tutulub və Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün qrant və kreditləri nəzərdə tutur. Bu məbləğin təxminən 40 milyard avrosu Ukrayna Planında nəzərdə tutulan islahatlar və investisiyalar üçün ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21

