Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatında görüş keçirilib

YAP Tərtər rayon təşkilatında görüş keçirilib

16.09.2026 [13:58]

YAP Tərtər rayon təşkilatında “Tərtər Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Musa Paşayev və kollektiv ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilib.

Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə gənclərin potensialının üzə çıxarılması, onların sağlam, vətənpərvər və savadlı kadr kimi yetişməsi üçün bütün zəruri şərait yaradılıb.

Görüş zamanı Tərtər Gənclər evinin direktoru Musa Paşayev Gənclər evinin fəaliyyət istiqamətləri, gənclər üçün göstərilən sosial xidmətlər, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər barədə fikirlərini bölüşüb.

Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, maarifləndirici tədbirlərin və müxtəlif sosial layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səmimi söhbət formatında keçirilən görüş zamanı iştirakçıların təklif və fikirləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30