Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

12.09.2026 [15:52]

İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin yüksəkvəzifəli rəsmisi “Axios”un müxbiri Barak Ravidə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Roma görüşünün əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində bir araya gələcəklər. Görüşdə son hadisələr və tərəflər arasında çərçivə sazişinin icrasının davam etdirilməsi müzakirə olunacaq.

Rəsmi danışıqların növbəti raundunun oktyabrda Romada keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, yəhudi bayramları, gələn həftə Parisdə Livan ordusuna dəstək məqsədilə keçiriləcək konfrans və BMT Baş Assambleyasına hazırlıq tərəflərin əvvəlcədən planlaşdırılan tarixdə Romada toplaşmasına imkan verməyib.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30