Milli Mətbuatın İrsi və Müasir İnformasiya Məkanında Peşəkarlıq Meyarları
22.07.2026 [11:32]
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin gərgin əməyi və cəsarəti sayəsində işıq üzü görən, milli oyatmanın ilk qaranquşu olan "Əkinçi" qəzeti ilə təməlini qoymuş Azərbaycan milli mətbuatı təkcə xəbər daşıyıcısı deyil, xalqımızın milli özünüdərk, azadlıq və müstəqillik mübarizəsinin əsas dayaqlarından biri olmuşdur. Çar Rusiyasının sərt senzura şəraitində, min bir fədakarlıqla nəşr edilən "Əkinçi" cəmiyyəti cəhalətdən xilas etməyə, elmə, mütərəqqi ideyalara və milli birliyə səsləyən tarixi bir tribunaya çevrilmişdir. Həsən bəy Zərdabi ilə yanaşı, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi dövrünün görkəmli ziyalılarını öz ətrafında birləşdirən bu qəzet ana dilində sadə və anlaşıqlı söz nümunəsi kimi tariximizə həkk olunmuşdur. "Əkinçi"nin səpələdiyi maarifçilik toxumları mütərəqqi mətbuat ənənələrimizin formalaşmasına, milli dəyərlərin qorunmasına və dövlətçilik təfəkkürünün inkişafına misilsiz töhfələr vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarında mətbuat üzərindən senzuranın ləğv edilməsi və media azadlığının hüquqi müstəvidə təsbit olunması müstəqil jurnalistikanın inkişafında tarixi dönüş nöqtəsinə çevrilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin media sahəsinə verdiyi strateji dəyərin bariz göstəricisidir. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə, Şuşa zirvəsində keçirilən media forumları milli mətbuatımızın tarixi zəfərimizlə bütövləşən yeni inkişaf mərhələsini nümayiş etdirir.
Milli mediamızın keçdiyi şərəfli yol xüsusilə 44 günlük Vətən müharibəsində özünün böyük sınağından keçdi və tarixi missiyasını şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad edərkən, Azərbaycan jurnalistləri də informasiya cəbhəsində düşmənin yalanlarına və beynəlxalq təzyiqlərə dürüst, operativ və vətənpərvər fəaliyyətləri ilə cavab verdilər. Döyüş bölgələrindən operativ xəbərlər hazırlayan, həyatlarını təhlükəyə ataraq həqiqətləri dünya ictimaiyyətinə çatdıran media nümayəndələrimiz milli həmrəyliyimizin və dövlətçilik maraqlarımızın etibarlı sipərinə çevrildilər. Bu gün post-münaqişə dövründə də Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinin işıqlandırılmasında, habelə beynəlxalq informasiya məkanında ölkəmizin haqlı mövqeyinin müdafiə olunmasında peşəkar jurnalistikamız ön sırada dayanır.
Eyni zamanda, rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və süni intellekt alətlərinin sürətli inkişafı müasir informasiya mühitini köklü şəkildə dəyişmiş, mediamızın qarşısında yeni tələblər qoymuşdur. Lakin texnoloji tərəqqi ilə yanaşı, bu proses müəyyən neqativ təzahürləri də bərabərində gətirir. İndiki zəmanədə heç bir daxili mənəvi hazırlığı, dərin bilik bazası və peşə etikası olmayan bəzi şəxslərin, texniki imkanlardan və süni intellekt proqramlarından istifadə edərək özlərini "qələm əhli" kimi qələmə verməyə çalışması mətbuatın mahiyyətinə kölgə salır. Süni intellektin tərtib etdiyi şablon mətni öz fikri kimi təqdim etmək həqiqi publisistika və jurnalist əməyi sayıla bilməz. Çünki əsl jurnalistika sadəcə sözlərin mexaniki sıraya düzülməsi deyil; orada müəllifin milli təfəkkürü, analitik təhlil qabiliyyəti, vətənpərvərlik hissi və cəmiyyət qarşısındakı vicdan məsuliyyəti dayanır. Süni alətlərlə səthi populyarlıq arxasınca qaçanların yaratdığı informasiya kirliliyi fonunda gerçək jurnalist peşəkarlığı və dövlətçilik maraqlarına sadiqlik öz dəyərini daha da qabarıq göstərir.
"Media haqqında" Azərbaycan Respublikasının Qanunu tam olaraq bu cür çağırışlara cavab vermək, informasiya məkanında xaosun qarşısını almaq və jurnalist adının nüfuzunu qorumaq məqsədi daşıyır. Qanunvericilik bazasının təkmilləşdirilməsi milli mediamızın daha da sağlamlaşmasına, peşəkarlıq standartlarının yüksəldilməsinə və informasiya təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Şəffaf və məsuliyyətli media mühitinin formalaşması həqiqi jurnalist əməyinə verilən ən böyük qiymətdir.
Bütün bunların fonunda, milli mətbuatımızın 150 illik zəngin ənənələri bizdən informasiya məkanının təmizliyini qorumağı və peşəkar prinsiplərə arxalanmağı tələb edir. Zərdabi irsindən qidalanan, dövlətçilik prinsiplərinə sadiq qalan və yeni texnologiyalardan məqsədyönlü istifadə edən peşəkar jurnalistlərimiz hər zaman cəmiyyətin kompas rolunu oynayacaqdır. Milli Mətbuat Günü münasibətilə bu şərəfli yolda xidmət edən bütün media nümayəndələrini təbrik edir, onlara obyektiv və fədakar fəaliyyətlərində yeni uğurlar arzulayıram.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04

