Qazaxıstan Vyanada Trans-Xəzər marşrutu üzrə yeni logistik imkanları təqdim edib
18.07.2026 [18:25]
Qazaxıstan Vyanada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı ilə bağlı yeni logistik imkanları təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazaxıstan Temir Jolı” Milli Şirkəti ASC məlumat yayıb.
Avstriya-Qazaxıstan Qarşılıqlı Əlaqəlilik Platformasının iclasında şirkətin İdarə Heyəti sədrinin müavini Anuar Axmetjanov nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması, logistik zəncirlərin inteqrasiyası və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, hazırda Çinlə Avropa arasında quru dəmir yolu daşımalarının təxminən 85 faizi Qazaxıstan ərazisindən keçir. Son beş ildə tranzit daşımalarının həcmi 60 faiz artıb.
Tədbirdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət ayrılıb. “Qazaxıstan Temir Jolı” Milli Şirkəti beynəlxalq tərəfdaşları ilə birlikdə infrastrukturdakı “dar boğazların” mərhələli şəkildə aradan qaldırılması, müxtəlif ölkələrdə yerləşən terminalların vahid fasiləsiz şəbəkədə birləşdirilməsi və logistik əməliyyatların tam rəqəmsallaşdırılması istiqamətində iş aparır.
Şirkətin məlumatına görə, sənəd dövriyyəsində rəqəmsal formata keçirilməsi yüklərin emal müddətini bir neçə saatdan bir neçə dəqiqəyədək azaltmağa imkan verib. Bu isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal bazarda etibarlı, şəffaf və rəqabətqabiliyyətli nəqliyyat dəhlizi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

