Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Airbus” Ukraynanın “Brave1” platforması ilə müdafiə texnologiyaları üzrə əməkdaşlığa başlayır

“Airbus” Ukraynanın “Brave1” platforması ilə müdafiə texnologiyaları üzrə əməkdaşlığa başlayır

02.07.2026 [19:58]

“Airbus” şirkət Ukraynanın müdafiə texnologiyalarını əlaqələndirən hökumət platforması “Brave1” ilə strateji əməkdaşlıq haqqında memorandum imzalayıb. Razılaşma “Brave1”in Qərb şirkəti ilə ilk sənaye tərəfdaşlığı hesab olunur.

AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, elmi tədqiqatlardan başlayaraq mövcud hərbi texnikanın modernləşdirilməsinə qədər müxtəlif layihələr üzrə birgə işçi qrupları yaradılacaq. “Airbus”un bəzi texnologiyaları Ukraynanın "Test in Ukraine" proqramına daxil ediləcək və real döyüş şəraitinə yaxın mühitdə sınaqdan keçiriləcək. Əldə olunan nəticələr birbaşa inkişaf qruplarına ötürüləcək.

2023-cü ildə yaradılan “Brave1” Ukrayna nazirlikləri, silahlı qüvvələri və özəl müdafiə şirkətləri arasında əlaqələndirici platforma kimi fəaliyyət göstərərək yeni texnologiyaların hazırlanması və tətbiqini sürətləndirir.

“Brave1”in əməliyyat direktoru İrina Zabolotna bildirib ki, “Airbus” kimi qlobal şirkətlə əməkdaşlıq Ukraynanın döyüş meydanında qazandığı təcrübəni beynəlxalq aviasiya sənayesinin bilik və texnologiyaları ilə birləşdirməyə imkan verəcək.

“Airbus Defence and “Space” şirkətinin icraçı komitəsinin üzvü Jo Müller isə vurğulayıb ki, Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq Avropanın kollektiv təhlükəsizliyinə töhfə verir.

Bu tərəfdaşlıq “Airbus”un Ukrayna müdafiə sənayesi ilə əlaqələrini daha da genişləndirir.

Şirkət iyun ayında Ukraynanın pilotsuz uçuş aparatları istehsalçısı “SkyFall” ilə də əməkdaşlığa başlamışdı. Həmin layihə çərçivəsində “Airbus” komanda-idarəetmə sistemləri üzrə təcrübəsini təqdim edir, “SkyFall” isə döyüş şəraitində sınaqdan çıxmış pilotsuz uçuş aparatları texnologiyalarını təmin edir.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30