Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

10.06.2026 [14:53]

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki, Oğuz və Zaqatala bölmələrinin dəstəyi ilə Regional Elmi Mərkəzdə “Tarixin söz körpüsü” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan şair və yazıçılar, həmçinin media nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Elmi Mərkəzindən məlumat verilib. Bildirilib ki, əvvəlcə bölgə yazarlarının müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi ilə tanışlıq olub. Sərgidə şimal-qərb bölgəsinin rayonlarını təmsil edən müəlliflərin poeziya, nəsr, publisistika və ədəbi-tənqidi əsərləri nümayiş olunub. Konfransı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov açaraq, bölgə ədəbiyyatının milli-mədəni irsin qorunması və inkişafındakı rolundan danışıb. O, belə tədbirlərin ədəbi mühitin canlanmasına və yaradıcılıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Konfransda AYB Şəki bölməsinin sədri şair və tədqiqatçı Vaqif Aslanın “Azərbaycanın bölgə ədəbiyyatı kontekstində Şəki ədəbi mühiti və ədəbi prosesin inkişaf tendensiyaları”, Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərlinin “Bədii yaradıcılığın Qax, Zaqatala və Balakən ədəbi mühitlərində inkişaf dinamikası” və Oğuz bölməsinin sədri Vüsal Oğuzun “İsmayıllı, Qəbələ və Oğuz rayonlarında ədəbi proses: tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin müxtəlif bölgələri təmsil edən üzvləri çıxış edərək, bölgə ədəbiyyatının aktual problemləri, inkişaf perspektivləri, ədəbi əlaqələrin genişləndirilməsi, yaradıcılıq mühitinin zənginləşdirilməsi və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30