Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Partiya veteranı ilə görüş keçirilib

Partiya veteranı ilə görüş keçirilib

08.06.2026 [11:30]

 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən veteran partiyaçı Məmmədov Elşad Qurban oğlunun 70 illik yubileyi münasibətilə onunla evində görüş keçirilib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, Elşad Məmmədovun uzun illər rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən ona 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.

Veteran partiyaçı ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Sonda yubiliyarla xatirə şəkilləri çəkilib.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30