Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / NİİM sürücülərə növbəti dəfə müraciət edib

NİİM sürücülərə növbəti dəfə müraciət edib

08.06.2026 [10:56]

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.

“Hərəkət zamanı diqqəti yolda olmayan sürücünün işıqforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar. NİİM sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir”, - deyə məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30