Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

08.06.2026 [09:17]

Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən sammitdən sonra Rusiya üçün sülh şərtləri irəli sürüblər.

İyunun 7-də Londonda keçirilən sammitdən sonra Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna liderləri ədalətli və davamlı sülhə nail olmaq məqsədilə beş şərti özündə əks etdirən birgə bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Birgə bəyanatda dörd lider aşağıdakı şərtləri irəli sürüb:

1. Təcili atəşkəs. Rusiya Prezidenti Vladimir Putindən hərbi əməliyyatların tam və dərhal dayandırılmasına razılıq verməsi tələb olunur.

2. Təmas xətti başlanğıc nöqtəsi kimi. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ukraynanın öz təhlükəsizlik mexanizmlərini və ittifaqlarını seçmək üzrə suveren hüququna tam hörmət edilməlidir.

3. Atəşkəsdən sonra Ukrayna üçün hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri. Bu zəmanətlər 2025-ci ilin dekabrında Berlində və 2026-cı ilin yanvarında Parisdə götürülmüş öhdəliklərə əsaslanmalıdır. Buraya Ukraynada Çoxmillətli Qüvvələrin yerləşdirilməsi də daxildir.

4. Dondurulmuş Rusiya aktivləri. Rusiya təcavüzə son qoyana və Ukraynaya vurduğu ziyanı kompensasiya edənədək həmin aktivlər dondurulmuş vəziyyətdə qalacaq.

5. Avropanın təhlükəsizlik maraqlarının qorunması. Avropa İttifaqı və NATO ilə bağlı danışıqların istənilən elementi müvafiq üzv dövlətlərin razılığını tələb edir.

Liderlər Zelenskinin ABŞ və Avropanın fəal iştirakı ilə Ukrayna və Rusiya arasında birbaşa dialoqun qurulması təklifini dəstəkləyiblər. Onlar həmçinin Ukraynaya dəstəyin əlaqələndirilməsi məqsədilə G7 sammitinin, Könüllülər Koalisiyasının və Ankarada keçiriləcək NATO tədbirlərinin imkanlarından istifadə məsələsini müzakirə ediblər.

Bəyanatda tutucu raketlərin istehsalının artırılması, eləcə də raketdən müdafiə və uzaqmənzilli zərbə imkanlarının birgə inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Liderlər Rusiyanın genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumlarını, o cümlədən “Oreşnik” raketlərindən təkrar istifadə edilməsini, həmçinin Rusiya dronlarının NATO ərazisinə məsuliyyətsiz müdaxiləsini pisləyiblər.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30