Azərbaycanın şəhərsalma siyasətinin beynəlxalq təqdimatı
20.05.2026 [15:43]
Mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri bir daha dünyaya nümayiş etdirdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssislər Bakıda bir araya gəldilər.
Ölkə başçısı İlham Əliyev çıxışında vurğuladı ki, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi bu tədbirin beynəlxalq əhəmiyyətini göstərir. Dövlətimizin başçısı qeyd etdi ki, bu toplantı iştirakçılar üçün həm Azərbaycanı daha yaxından tanımaq, həm də ölkəmizdə həyata keçirilən müasir şəhərsalma layihələrini yerində görmək baxımından mühüm imkan yaradır.
Prezident çıxışında Azərbaycanın coğrafi və mədəni mövqeyinə xüsusi diqqət çəkərək bildirdi ki, ölkəmiz tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu xüsusiyyət xüsusilə Bakının memarlığında özünü açıq şəkildə göstərir. Bir tərəfdə qədim İçərişəhər və tarixi qala divarları, digər tərəfdə isə müasir şəhərsalma nümunələri olan geniş bulvarlar və yeni memarlıq kompleksləri Azərbaycanın qədimliklə müasirliyi harmonik şəkildə birləşdirdiyini nümayiş etdirir.
Prezident cənab İlham Əliyev bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu da diqqətə çatdırdı. O bildirdi ki, Azərbaycan son illərdə BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə sıx əməkdaşlıq edir və işğaldan azad edilmiş şəhərlərdə – Ağdam, Zəngilan və Xankəndi şəhərlərində milli şəhərsalma forumları təşkil olunub.
Həmçinin ölkə başçısı çıxışında Azərbaycanın zəngin memarlıq və tarixi irsindən də bəhs etdi. O, Şamaxı şəhərində yerləşən qədim məscidi, Naxçıvan şəhərində dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə xatun türbəsi abidəsini, eləcə də Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məntəqələrinin memarlıq nümunələrini xüsusi qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz tarixi irsini qorumaqla yanaşı, onu gələcək nəsillərə çatdırmaq üçün böyük səylər göstərir.
Çıxışın mühüm hissələrindən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə həsr edildi. Prezident bildirdi ki, 30 illik erməni işğalı nəticəsində Şuşa, Ağdam və digər şəhərlər tamamilə dağıdılmışdı. Hazırda isə Böyük Qayıdış Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Yeni yollar, tunellər, körpülər, məktəblər, xəstəxanalar, hava limanları və yaşayış kompleksləri inşa edilir. Dövlət başçısının sözlərinə görə, artıq 85 mindən çox insan doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır və çalışır.
Prezident İlham Əliyev Bakıda ətraf mühitin qorunması istiqamətində görülən işlərdən də danışdı. O qeyd etdi ki, vaxtilə ciddi ekoloji problemlərlə üzləşən ərazilər bu gün müasir şəhərsalma nümunələrinə çevrilib. Keçmiş “Qara şəhər” ərazisində yaradılan Ağ şəhər layihəsi bunun ən bariz nümunələrindən biridir. Son 20 ildə paytaxtda yüzlərlə park və ictimai məkan salınması, ekoloji nəqliyyat sistemlərinin inkişafı da Bakının müasir və rahat şəhərə çevrilməsinə xidmət edir.
Forum çərçivəsində Prezident İlham Əliyev şəhərsalma prosesində həm inkişafın, həm də tarixi irsin qorunmasının vacibliyini vurğulayaraq bildirdi ki, gələcək nəsillər üçün sağlam və müasir şəhərlər yaratmaq bütün dövlətlərin əsas vəzifələrindən biridir.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

