Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq
30.04.2026 [18:54]
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qardaş Azərbaycanın ev sahibliyi edəcəyi ikinci qlobal tədbirdir. Əminəm ki, “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusunda müzakirələr COP29 iqlim konfransı kimi uğurlu və eyni yüksək səviyyədə təşkil olunacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirib.
Agentliyin həmsöhbəti WUF13-ün gündəliyinin aktuallığına diqqət çəkib. “Forum çərçivəsində sürətli və çox vaxt xaotik urbanizasiya, iqlim dəyişikliyi, həmçinin artan sosial bərabərsizlik nəticəsində yaranan müasir dövrün kritik çağırışları müzakirə olunacaq. Başqa sözlə, Bakı dünyada milyonlarla insanın üzləşdiyi problemlərin həlli üçün əsas mərkəzə çevriləcək”, – deyə o qeyd edib.
H.Kılıç xatırladıb ki, BMT-nin məlumatlarına görə, mənzil böhranı müasir dövrün ən kəskin problemlərindən biridir: “Problemin miqyası yüksək rəqəmlərdə əks olunur, belə ki, dünyada 2 milyarddan çox insan yararsız yaşayış şəraitində yaşayır. Bir milyarddan çox insan gecəqondularda və ya tamamlanmamış tikililərdə məskunlaşıb, 300 milyondan çox insan isə ümumiyyətlə evsizdir”.
Onun sözlərinə görə, 2002-ci ildə Nayrobidə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən ilk Ümumdünya Şəhərsalma Forumundan bəri WUF platformasının əhəmiyyəti davamlı şəkildə artır.
“Əminəm ki, WUF13 Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, nüfuzunu artıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublika dayanıqlı inkişaf, innovativ şəhərsalma və müasir idarəetmə sahəsində regional liderlik nümunəsi nümayiş etdirəcək, dayanıqlı qlobal inkişaf naminə yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına töhfə verəcək”, – deyə H.Kılıç bildirib.
Türkiyənin keçmiş səfiri WUF13 forumunu, xüsusilə də azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in və ekoloji cəhətdən təmiz infrastrukturun inkişafı sahəsində Azərbaycanın nailiyyətlərinin nümayiş etdirilməsi üçün “yaxşı imkan” kimi dəyərləndirib.
“Qarşıdan gələn forumun bütün bəşəriyyət üçün səmərəli olacağına ümid edirəm”, – deyə İMZA-nın Türkiyədəki nümayəndəsi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35

