/ / Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
30.04.2026 [18:09]
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qəlblərdə yaşayan dahi” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə Tovuz şəhərinin mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Daha sonra təşkil olunmuş sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova və rayonun mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində silinməz iz qoymuş dahi şəxsiyyət, uzaqgörən siyasətçi və müstəqil dövlətimizin memarı olduğunu vurğulayıb. Bildirib ki, o, təkcə siyasi fəaliyyəti ilə deyil, həm də xalqına olan sonsuz sevgisi, milli-mənəvi dəyərlərə bağlılığı və dövlətçiliyə xidmət edən misilsiz fəaliyyəti ilə hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan muğamı beynəlxalq miqyasda geniş tanınaraq təbliğ olunur.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə mədəniyyət sahəsi böyük inkişaf yolu keçib, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Digər çıxış edənlər – Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova və Mərkəzi Kitabxananın direktoru Güldərən İbrahimova bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında mühüm rol oynayıb, mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərib.
Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, onun Azərbaycan mədəniyyəti sahəsində gördüyü mühüm işləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44

