ABŞ-də sorğu: Amerikalıların yarıdan çoxu maddi vəziyyətinin pisləşdiyi qənaətindədir
29.04.2026 [20:25]
ABŞ-də aprelin 28-də “Gallup” tərəfindən keçirilən sorğunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu maliyyə vəziyyətlərinin pisləşdiyi qənaətindədir və bir çox insan aylıq xərclərini ödəməklə bağlı narahatdır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sorğuda 2026-cı ildə rekord sayda amerikalının – 55 faiz respondentin hazırda maliyyə vəziyyətinin pisləşdiyi, bu göstəricinin keçənilki 53 faizdən daha çox olduğu bildirilib.
Sorğuda deyilir ki, ardıcıl beşinci ildir daha çox amerikalı maliyyə vəziyyətlərinin pisləşdiyi qənaətindədir. Bu vəziyyət son dəfə oxşar dövrdə - 2007-2009-cu illərdəki Böyük Tənəzzül zamanı müşahidə olunub.
“Gallup” bildirir ki, respondentlərin 62 faizi təqaüdün dolanışığa yetmədiyi, 60 faizi isə ciddi qəza və ya xəstəlik halında tibbi xərcləri ödəyə bilmədiyi qənaətindədir. Həmçinin onların 54 faizi investisiya gəlirləri və həyat səviyyəsinin qorunmasından narahatdır.
Bu arada, sorğuda iştirak edənlərin təxminən yarısı gündəlik səhiyyə xərcləri ilə bağlı narahatdır, 41 faiz isə normal aylıq xərclərini ödəməkdə çətinlik çəkdiyini bildirib.
Sorğuda deyilir: “Ümumilikdə, builki siyahıda əlçatanlıqla bağlı narahatlıqlar üstünlük təşkil edir. İnflyasiya, enerji, mənzil, səhiyyə, təhsil, nəqliyyat xərcləri və uşaq baxımı ilə yanaşı, digər bütün maliyyə narahatlıqları daha da artıb”.
Qeyd olunur ki, istehlak qiymətlərində son artımlar sorğuda iştirak edənlərin təxminən 55 faizi üçün maliyyə çətinliklərinə səbəb olub. Respondentlərin təxminən 13 faizi neft və qaz qiymətlərinin artmasının narahatlıq doğurduğunu bildirib ki, bu da bir il əvvəlkindən 10 faiz bəndi çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

