İqtisadi Əməkdaşlıqdan Uzunmüddətli Dostluğa
29.04.2026 [11:08]
Azərbaycan–Çexiya iqtisadi əməkdaşlığı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq iqtisadi maraqlar, həmçinin strateji tərəfdaşlıq və dostluq müstəvisində inkişaf etməkdədir. Azərbaycan ilə Çexiya arasında formalaşan münasibətlər Avropa ilə Cənubi Qafqaz arasında mühüm iqtisadi və siyasi körpü rolunu oynayır.
Bu əlaqələrin əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir və Çexiya bu resurslardan faydalanan ölkələrdən biridir. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması Azərbaycan qazına marağı daha da artırmışdır. Bununla yanaşı, əməkdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır, bərpa olunan enerji və yeni texnologiyalar sahəsində də genişlənir.
Ticarət münasibətləri də davamlı artım nümayiş etdirir. Azərbaycan Çexiyaya əsasən enerji resursları ixrac edir, əvəzində isə sənaye məhsulları, texnoloji avadanlıqlar və maşınqayırma məhsulları idxal olunur. Bu qarşılıqlı iqtisadi əlaqələr hər iki ölkənin bazarlarının şaxələndirilməsinə və iqtisadi dayanıqlığın gücləndirilməsinə xidmət edir.
Son illər qlobal enerji bazarındakı dəyişikliklər, Avropada təhlükəsizlik məsələlərinin ön plana çıxması və yeni nəqliyyat-logistika marşrutlarının formalaşması Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olmuşdur. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər, biznes forumlar və yeni investisiya təşəbbüsləri münasibətlərin strateji xarakter aldığını göstərir.
Son dövrlərdə əməkdaşlığın yeni istiqamətlərə yönəlməsi də diqqət çəkir. Sənaye, innovasiya və hətta müdafiə sənayesi sahəsində birgə layihələrin müzakirəsi iqtisadi əlaqələrin daha geniş və çoxşaxəli xarakter aldığını sübut edir. Bu isə tərəfdaşlığın yalnız enerji üzərində qurulmadığını, uzunmüddətli və dayanıqlı əsaslara söykəndiyini göstərir.
Cənab Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, bizim çox fəal siyasi dialoqumuz var və bu, münasibətlərin dinamik inkişafını göstərir
Bu fikirlər göstərir ki, Azərbaycan–Çexiya münasibətləri artıq sadəcə iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş məzmun kəsb edir. “Əməkdaşlıqdan dostluğa” keçid prosesi açıq şəkildə müşahidə olunur. İqtisadi əlaqələr siyasi dialoqu gücləndirir, humanitar və mədəni münasibətlər isə xalqlar arasında qarşılıqlı anlayışı dərinləşdirir.
Təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlıq bu prosesdə xüsusi rol oynayır. Tələbə mübadiləsi proqramları, ortaq tədbirlər və artan turizm axını Azərbaycan və Çexiya xalqları arasında yaxınlaşmanı sürətləndirir. Bu isə uzunmüddətli dostluq münasibətlərinin möhkəm təməlini formalaşdırır.
Beləliklə, Azərbaycan–Çexiya münasibətləri dinamik inkişaf edən, çoxşaxəli və strateji əhəmiyyətə malik tərəfdaşlıq modelidir. Son hadisələrin təsiri ilə bu əlaqələr daha da güclənmiş, iqtisadi əməkdaşlıqdan dostluğa doğru mühüm transformasiya mərhələsinə qədəm qoymuşdur. Bu istiqamətlər gələcəkdə iki ölkə arasında əlaqələrin, iqtisadi əməkdaşlığın, dostluğun inkişafına təkan verəcəkdir.
Tural Sadıxov
YAP Culfa rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

