“Bakcell” Ümumdünya Autizm Ayı çərçivəsində “Kaşalata kafe”də görüş keçirib
29.04.2026 [07:50]
İnnovasiya lideri “Bakcell” Ümumdünya Autizm Maarifləndirmə Ayı çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata kafe”də “İnklüzivlikdə innovativ həllər” adlı görüş təşkil edib.
Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyromüxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu istiqamətdə tətbiq olunan innovativ həlləri və real təcrübələri müzakirə etmək olub. Görüşdə dövlət və özəl sektor nümayəndələri daxil olmaqla, ümumilikdə 30-dan çox qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılmasına yönəlmiş müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə Milli Məclisin deputatı Nigar Arpadarai, AZAL-ın İnsan Resursları İdarəsinin rəhbəri Ellada Alışova və “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.
Tədbirdə iştirak edən uşaqlar virtual reallıq (VR) texnologiyası ilə hazırlanmış oyunları sınaqdan keçirib, eyni zamanda, öz rəsm əsərlərini sərgiləyərək yaradıcılıqlarını nümayiş etdiriblər. Bu yanaşma inklüziv mühitdə texnologiyanın və yaradıcılığın necə birləşə biləcəyini praktiki şəkildə göstərib.
“Bakcell” inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyromüxtəlifliyi olan şəxslərin inkişafını, onlara bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət texnologiya və sosial təşəbbüsləri bir araya gətirərək cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyə davam edir.
“Birgə və Sağlam” İctimai Birliyi neyromüxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. Birliyin təşəbbüsü ilə yaradılmış Kaşalata kafe isə neyromüxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən önəmli sosial platformalardan biridir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellektəsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32

