Heyvanların həyatını qoruyan əllər!
29.04.2026 [08:50]
Baytarların missiyası əvəzolunmazdır...
Bəzən heyvanların müdafiəyə ehtiyacı insanlardan daha çox olur. Bu canlıların dili olmadığı üçün onlar öz ağrılarını ifadə edə bilmirlər. Amma insan diqqətindən yayınan bu səssizlik saysız problemlər, xəstəliklər və təhlükələrlə gizlidir. Məhz buna görə də baytarlar yalnız bir peşə sahibi deyil, eyni zamanda canlıların həyatını qoruyan, onların sağ qalması üçün gecə-gündüz çalışan xüsusi missiya daşıyıcılarıdır.
Heyvan və quşları müalicə edən həkimlər əlbəttə ki, dördayaqlı və qanadlı xəstələrindən təşəkkür eşitmirlər. Ancaq şübhəsiz ki, heyvanlar da öz xilaskarlarına qarşı insanlar kimi minnətdarlıq hissi keçirirlər. Baytarlıq fəaliyyəti yalnız ev heyvanlarının müalicəsi ilə məhdudlaşmır. Həmçinin kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsində də baytarların rolu böyükdür.
Hər il dünyanın bir çox ölkəsində aprelin 29-u Beynəlxalq Baytarlıq Günü kimi qeyd edilir. 2000-ci ildə Dünya Baytarlıq Assosiasiyası (WVA) tərəfindən yaradılan bu günün məqsədi dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini vurğulamaq, heyvanların sağlamlığı və rifahının yaxşılaşdırılmasına töfhələr verməkdir.
Bu günün mahiyyəti yalnız baytarların əməyini qeyd etmək deyil, həm də insanlarla heyvanlar arasındakı münasibətin daha məsuliyyətli, mərhəmətli və şüurlu olmasını təşviq etməkdir. Bir çox hallarda insan fəaliyyəti - mühit çirklənməsi, yaşayış yerlərinin məhv edilməsi və laqeydlik heyvanların sağlamlığı üçün ciddi risklər yaradır. Bu risklərin qarşısını almaqda baytarlar ön cəbhədə dayanır.
Baytar həkimlərinin işi emosional baxımdan da çox çətindir, çünki hər canlını xilas etmək mümkün olmur. Buna baxmayaraq, onlar hər gün yenidən ümidlə işə başlayır, çox vaxt səssiz təşəkkürlərə, sağalan heyvanların davranışlarına və sahiblərin sevincinə güvənirlər. Bu da göstərir ki, baytarlıq yalnız elm deyil, həm də böyük bir səbr, mərhəmət və insanlıq tələb edən peşədir.
Beləliklə, Beynəlxalq Baytarlıq Günü bizə xatırladır ki, həyat yalnız insanlar üçün deyil, hər bir canlı üçün qiymətlidir. Bu həyatı qoruyan, onlara şəfa verən, bir toxunuşla ümid bəxş edən bütün baytar həkimləri ən dərin təşəkkür və ehtirama layiqdirlər.
Qeyd edək ki, ölkəmizdə də baytar həkimlərin fəaliyyəti yüksək qiymətləndirilir və baytarlıq sahəsinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox uğurlar əldə edilib. Respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad status alması üçün zəruri tədbirlər görülüb. Ölkədə ilk dəfə meşə zolağına helikopter vasitəsilə 600 kilometr məsafədə 18 min aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir.
Eyni zamanda, baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurlar əldə edilib. Bundan başqa, baytarlıq preparatlarının qeydiyyatı və idxalı prosedurları, baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb. Ölkədə fərdi baytarlıq xidməti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyata alınması elektron formada həyata keçirilir.
Həmçinin heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi üzrə 8 laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində müxtəlif xəstəliklər üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.
Onu da bildirək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanda baytarlıq sistemlərinin qiymətləndirilməsi missiyası həyata keçirilib. Ölkəmizdə həmin sistemin inkişafı müsbət xarakterizə olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50

